Cəmiyyət

Astarada yol qəzası: 3 nəfər yaralanıb - YENİLƏNİB

13 İyul 2017 23:54
0 Şərh     Baxış: 664

Astarada minik avtomaşını dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb.

23:54

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Astaranın Hamoşam kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Siyəku kənd sakini 1976-cı il təvəllüdlü Aqil Məlikovun idarə etdiyi "Niva"markalı minik avtomaşını ilə hərəkətdə olarkən idarəetməni itirib və dərəyə aşıb. Nəticədə sürücü və həmkəndliləri Sərnişinlər 2000-ci il təvəllüdlü Murad Mirəlizadə və 2001-ci il təvəllüdlü  Yusif adlı şəxs ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Onların vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

23:02

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə iki maşının toqquşması nəticəsində qeydə alınıb. Əlavə məlumat veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.