Cəmiyyət

Gürcüstanın ən yaşlı sakini olan azərbaycanlı qadın dünyasını dəyişib

13 İyul 2017 22:22
0 Şərh     Baxış: 2 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın ən yaşlı sakini, azərbaycanlı, 110 yaşlı Əminə (Eminə) İsa qızı Hüseynova dünyasının dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, Əminə Hüseynova 1907-ci il may ayının 5-də Marneuli rayonunda dünyaya gəlib.

Marneulidə ailə qurub və ömrünün sonuna qədər də bu şəhərdə yaşayıb. Əminə Hüseynovanın 119 nəvə, nəticə və kötükcəsi var.

Marneuli rayon İcra Hakimiyyəti və Bələdiyyəsi hər il martın 3-də Gürcüstanda qeyd olunan "Analar günü"ndə və may ayının 5-də Əminə nənəni "Ən yaşlı sakin" kimi təbrik edirdi.

Marneuli bələdiyyəsindən bildiriblər ki, Əminə Hüseynova Gürcüstanın ən yaşlı vətəndaşı idi.

Mərhumənin yaxınları bildiriblər ki, Əminə nənə bir neçə ay bundan əvvəl yıxılaraq ayağını sındırmışdı. Bu səbəbdən də o, bir müddət xəstə olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.