Cəmiyyət

Azərbaycana səs salan çobana nə mane olur? - VİDEO

13 İyul 2017 21:41
10 Şərh     Baxış: 4 166

Qoyun otararkən mahnı oxuyan və hər kəsin marağına səbəb olan çobanı "Xəzər Xəbər" göstərdikdən sonra Pərvin Səfərov Milli Konservatoriyaya dəvət olunmuşdu. Mnun musiqi kolleclərindən birində təhsil alması üçün kömək ediləcəyi bildirilmişdi. Xüsusi istedadlı gənc kimi imtahansız kollecə daxil olması üçün dövlət imtahan mərkəzinə məktub göndərilsə də, bu istək həyata keçmədi. Bəs səbəb nədir?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, çobanlıq edən Pərvin Səfərov Milli Konservatoriyaya dəvət edilərək tanınmış sənətkarların qarşısında çıxış etdi.
Və ona söz verildi ki, musiqi təhsili alması üçün imtahansız kollecə daxil olunmasına köməklik ediləcək. Hətta bu haqda Dövlət İmtahan Mərkəzinə məktub göndərildi. Lakin Pərvin deyir ki, əksinə olub, ondan imtahan götürüblər. Təbii olaraq da o imtahandan lazımi balı toplaya bilməyib.
Pərvin deyir ki, o çobanlıqla məşğuldur. Dərs oxumağa vaxtı yoxdur. Amma səsi olduğu üçün ona söz verilmişdi ki, imtahan vermədən kollecə qəbul edəcəklər.
Milli Konservatoriyada isə hələ də ümid edirlər ki, Dövlət İmtahan Mərkəzi Pərvinin istedadını nəzərə alaraq, onun imtahansız kollecə qəbul olunmasını təmin edəcəklər.Dövlət İmtahan Mərkəzi də məsələyə aydınlıq gətirib. Bildirilir ki. Nazirlər kabinetinin təsdiqlədiyi qayadalara görə, yalnız beynəlxalq müsabiqələrin laureantı olmuş insanlar imtahansız hansısa təhsil müəssisəsinə qəbul ola bilər.
Mərkəzdən məsləhət görürlər ki, Pərvin müsabiqələrdə iştirak etmək üçün müraciət etsin. Yalnız orda uğur qazandıqdan sonra imtahan vermədən təhsil ala bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycana səs salan çoban

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Konul · 13 İyul 22:1461

    Pul mane olur

    Cavab yaz
    • Anonim
      T · 13 İyul 22:3940

      Bəli düzdür pul mane olur

      Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 13 İyul 22:33100

    Mən bunun you tubda kanalina abuna olmusam, bütün ifalarına qulaq asıram, xüsəndə son ifası ZEHRA bala üçün oxuduqu mahnı məni ağlatdı, ALLAH bu qardaşın köməyi olsun, məncə bunun üçün ən yaxşisi elə çobanlıqdı, şou biznesin çirkablıqına batmasın.

    Cavab yaz
  • Anonim
    Musa · 13 İyul 23:0520

    Özlərininkilər imtahansız harda istəsələr oxuyurlar.

    Cavab yaz
  • Anonim
    M · 13 İyul 23:2100

    Bizde beledi de,kalan olsaydi tez kecerdi

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 13 İyul 23:2910

    Kasibdi onagore

    Cavab yaz
  • Anonim
    asi · 13 İyul 23:3710

    Guya istəsələr imtahanda o sualların cvblarını buna bildirə bilməzlər???

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 13 İyul 23:5300

      Yox siz nə danışırsız, elə hadisə baş verə bilməz, bu qurub daydaysız, ruşvədsiz işləyir.

      Cavab yaz
      • Anonim
        asi · 14 İyul 00:0110

        Gərəkli qanunlar gərəksiz məqamda, gərəksiz yerdə...

        Cavab yaz
  • Anonim
    lalə · 14 İyul 10:4400

    pul....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.