Cəmiyyət

Satılan turşular öldürə bilər - diqqətli olun - VİDEO

13 İyul 2017 21:39
0 Şərh     Baxış: 1 440

Tərəvəzlərdən hazırlanan turşularda gigiyena qaydalarına əməl edilmədiyindən sonradan bunun ağır fəsadları olur. Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə 6 ay ərzində 300-ə yaxın insan qidadan zəhərlənib. Hamısı da məhz ev şəraitdə hazırlanan qida məhsullarından, xüsusilə də turşulardan zəhərlənib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ev şəraitində hazırlanmış keyfiyyətsiz tutma və digər qida məhsulları ölümə səbəb olur. 6 ayın statistikasına görə 200-dən çox insan belə məhsullardan zəhərlənib.Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, əksər bazarlarda ev şəraitində hazırlanmış bostan bitkilərinin tutmaları açıq şəraitdə satılır. Ən çox zəhərlənməyə məhz onlar səbəb olur. Ona görə də ticarət obyektlərindən turşu alarkən onların gigiyenik və ya mənşə sertifikatı tələb edilməlidir. Ziyəddin Kazımov deyir ki, belə tutmalar hazırlanarkən ilk növbədə həm tərəvəzlərin, həm də onların saxlandığı qabların təmizliyinə diqqət etmək lazımdır. Zəhərlənməyə səbəb olan mikroorqanizmlər məhz natəmiz şəraitdə əmələ gəlir. İsti havalarda tutmalarla yanaşı ev şəraitində hazırlanmış digər qida məhsulları da zəhərlənmə və başqa xəstəliklərə səbəb ola bilər.Ona görə də vətəndaşlar məhsul alarkən onları sərin şəraitdə saxlanılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Ölümə səbəb olur

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.