Cəmiyyət

"Torqovı"dakı intiharın izi ilə - FİLM KİMİ HƏYAT HEKAYƏTİ - VİDEO

13 İyul 2017 20:56
14 Şərh     Baxış: 13 574

- Mama hələ xəstəxanadadır.

- Necə oldu xəstələndi mama?

- Nə bilim, balkondan əllərini tutub aşağı sallanmışdı, sonra sürüşdü yıxıldı. Apardılar həkimə. Mən nə qədər dedim, mama, eləmə, o da elədi. Atamı hərdən görürəm. Deyir ki, o biri nənənlə görüşmə, mən də görüşmürəm. Deyirəm, ata sən vaxt gələcəksən, səni nə vaxt görəcəm. Axı səni çox istəyirəm. Ata da deyir tez gələcəm.

Nərgiz və Nəzrin Nəsimi rayonu, Qoqol küçəsi 28-38 ünvanındakı binanın üçüncü mərtəbəsindən özünü ataraq intihar edən 1986-cı il təvəllüdlü Suzanna Şakir qızı Şərifovanın övladlarıdır.

"Nəzrini dünya boyda istəyirəm. Lap çox! Sonra nənəmi, sonra atamı və mamanı istəyirəm. Onunla oynayıram, gəzirəm" deyir. Anasızlığın nə olduğunu dərk etmir balaca Nərgiz. Onun buna nə yaşı çatır, nə də həyat təcrübəsi. Amma gözləri yoldadır. Ümid edir ki, anası sağalan kimi qayıdacaq. İndi bir təsəllisi və özünün sözü ilə desək, canlı bir oyuncağı var. O da dünyalar qədər sevdiyi balaca bacısı Nəzrindir.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  indi onlara Suzanna Şərifovanın vətəndaş nikahında yaşadığı həyat yoldaşı Əbülfəz Baxşıyevin anası, şair-publisist Simuzər Nüsrətbəyli baxır. Özünün dediyinə görə, AYB-nin üzvüdür, 10 kitabın müəllifidir.

Suzannanın ölümü ilə bağlı həbs olunan Əbülfəz Baxşıyev Simuzər Nüsrətbəylinin yeganə oğul övladıdır. Gəlininin başına gələn hadisəni nəql edən qaynana deyir ki, ona bu addımı atmaması üçün yalvarıb: "Bu divanda oturmuşdum. Oğlum bu otaqda deyildi. Bir də gördüm o tərəfdən sallanıb. Uşaq da mənimlə idi, əlindən tutmuşdum. Videolara da düşüb. Gördüm şok oldum. O anda məni infarkt vurmayıbsa, bu Allah möcüzəsidir.  Uşaq da əlimdə yalvarıram ki, Suzanna, yalvarıram keç bu tərəfə. Beynim tormozlanıb, gözlərim bərəlib. İsti hava, balkon açıq, pəncərə açıq. Bir də görürəm bu qız... Axı gözlənilməzdir. Mən yaxınlaşdım, o, əlini taxtalardan tutmuşdu, taxtadan əlini buraxıb keçdi dəmirlərə. Onda aramızda sədd yarandı. Suzanna setkanın o yanında qaldı. Bu an gücüm ancaq yalvarışa çatdı. Amma bir onu gördüm ki, o getdi..."

"Təcili yardımı gözləməyi belə düşünmədim" deyən Simuzər xanım deyir ki, gəlinini oğlu ilə birgə xəstəxanaya çatdırsa da, gec olub: "Oğlum yan otaqda idi. O da qorxusundan yaxınlaşa bilmədi ki, qız özünü atar. Amma balkondan sallanmış vəziyyətdə olanda qışqırıb kömək də istəmədi, "məni öldürürlər, döyürlər" də demirdi. Elə sakit balkondan sallanmışdı. Yaxşı ki, onun intihar zamanı çəkilmiş videoları var. Həmin videoda hər şey açıq-aşkar görünür".

Ana oğlunun sözügedən məsələyə görə həbs olunmasını ədalətsiz hesab edir: "Elə bir ailə yoxdur ki, orda söz-söhbət olmasın. Mənim oğlum müasir fikirli, ali təhsilli, ziyalı insandır. "Torqovı"da doğulub böyüyüb. Bir şeyi bilin ki, ata ananı incidəndə övlad atanı sevmir. Bu uşaq atasını çox istəyir. Suzanna Şərifovanın özünə qəsd etməsində həyat yoldaşı Əbülfəz Baxşıyevin günahlandırılması tam yalandır. Bu intihara səbəb tam başqa şeylərdir. Psixoloji cəhətdən normal olmayan Suzanna Şərifovaya ailədə həmişə gözəl qayğı göstərilib".

Balaca Nərgizə sual verdik ki, o, evdə atasının anası ilə danışdığının heç şahidi olubmu? Sualımıza nənəsi Simuzər xanım müdaxilə etdi: "O qızın ailəsi, bacısı, anası ona heç vaxt düz yol göstərmədilər. İki il oğlumu qoydu getdi. Oğlum yenidən onu qəbul elədi balasına görə. Gəlinim tez-tez evdən qaçıb 22-ci polis bölməsinə şikayət edirdi. İşgəncəyə məruz qalan qadın necə qaça bilər? Xeyr! O, gör necə azad bir qadın olub ki, dəqiqəbaşı polislərə qaçırdı. Mən burda idim, mənə şikayət edə bilərdi. Mən ona həmişə analıq eləmişəm".

Mərhum Suzanna Şərifova əslən lənkəranlıdır. Elə ailəsi də orda yaşayır. Mövzu ilə bağlı onların da fikrini öyrəndik.

Samirə Şərifova bacısının o ailəyə getdikdən sonra xoş gün görmədiyini deyir: "2009-cu ildə mərhum bacıma elçi gəldilər. Amma anam rus olduğundan elə gələn günü dedilər ki, biz rusdan qız almaq istəmirik. Öyrəndik ki, Əbülfəz narkoman idi. Ailələri haqda da yaxşı heç nə eşitmədik. Qız bizi dinləmədi. Lənkəranda toy oldu, amma Bakıda toy eləmədilər. Sən demə, oğlan bir dəfə evli olubmuş. İki ay keçməmişdi ailə qurandan, qaynanası ilə münaqişələr başladı. Oğlan evdə pul, telefon oğurlayırdı narkotik üçün. 2011-ci ilə Əbülfəzi narkotiklə bir dəfə həbs elədilər. Elə o zaman bacım zəng elədi ki, Əbülfəz yoxdur, qaynanam evə başqa adamlar gətirir, mən burda qala bilmirəm. Biz də getdik onu gətirdik ata evinə".

Samirə Şərifova deyir ki, 11 ay azadlıqdan məhrum edilmiş Əbülfəz Baxşıyev azadlığa çıxdıqdan sonra ailəsini geri istəyib və Suzanna da uşağı ilə geriyə Bakıya qayıdıb. Amma ailədaxili münaqişə bu dəfə Suzannanı yenidən atası evinə qayıtmağa məcbur edib: "2011-ci ilin son ayları olardı, 2015-ci ilin avqustun sonuna kimi bizdə qaldı. Demək olar ki, onlarla heç bir əlaqəsi olmadı".

Samirə xanım deyir ki, sonra yenidən ailə arasında barışıq olub. Amma hər iki tərəfin böyükləri bu izdivaca qarşı olublar: "Dedi uşağım atasız qalmasın, mən qayıdıram. Oktyabr ayında yenidən zəng elədi ki, Əbülfəz məni döyür. Gəldi evimizə. Bu vaxt əri 5 nəfər dostu ilə həyətimizə gəldi, qardaşımı hədələdi və yenidən Suzannanı zorla götürüb apardı. Onda qaynanası deyib ki, rusun tərbiyəsi budur, sən onu tərbiyələndir. Vermişdi qayçını oğlunun əlinə ki, Suzannanı tərbiyələndir. O da götürüb Nərgizin yanında bacımın saçını keçəl qırxmışdı. 8 martda yenidən bacımın saçını keçəl edən əri deyib ki, bu, mənimlə anamın sənə hədiyyəsidir".

Bacısı deyir ki, mərhum Suzanna dəfələrlə işgəncələrə məruz qalıb. Hər dəfə də üz tutduğu ünvan yalnız atası evi olub. Hətta onun mobil telefonunu belə Əbülfəz tez-tez əlindən alırmış. Bununla bağlı dəfələrlə polis idarəsinə və Ombudsman Aparatına müraciət ediblər. Amma Suzanna Şərifovanın səsinə səs verən olmayıb.

Lənkəranda illərdir Suzanna Şərifovanın qonşusu olan Xeyransa İsmayılova deyir ki, mərhum çox zirək qız olub, işləməkdən heç vaxt çəkinməzdi: "Paltarlar və poliverlər toxuyardı. İnanın, yorulmazdı, işgüzar idi. Tək məndən yox, 50 qonşudan soruşsanız, deyər o necə qız olub. Heç bir psixoloji problemindən də söhbət gedə bilməz. Bu şərdir. Biz onun ölümünə hələ də inanmırıq. O qədər həyatsevər və şən xasiyyətli idi".

Əbülfəz Baxşıyevi də qonşularından soruşduq. Pis deyən olmadı.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla Baxşıyev Əbülfəz Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da, faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Suzanna Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan, Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

14 Şərh:

  • Anonim
    melik · 13 İyul 21:0880

    urek agrisi

    Cavab yaz
  • Anonim
    Ana · 13 İyul 21:3360

    Allah belasini versin .

    Cavab yaz
  • Anonim
    //// \ · 13 İyul 21:35191

    qaynana yalan daniwana oxwayir. tembole oqlan bir defe de bowanib.Onun da sebebini arawdirsalar neler cixar ortaliqa

    Cavab yaz
  • Anonim
    AYTEN · 13 İyul 21:50130

    usagi nece oyredibler sorasida hec bir gelin mehribanliq olan evde intihar etmez psixoloji problemde olsa ozbasina yaranmir sebeb var iki korpeni elde hec bir ana qoymaq isdemez cox heyif

    Cavab yaz
  • Anonim
    Allah Bendesi · 13 İyul 22:59140

    Men de qaynanaya heç inanmıran kim xolbextlikden özünü öldürüb bu güne qeder.

    Cavab yaz
  • Anonim
    nn · 13 İyul 23:21131

    Qaynana özünü də bandit oğlunu da təmizliyə çıxartmaq istəyir.Şairə xanım sən nə tərbiyə vermisən oğluna? Əvvəl öz verdiyin tərbiyədən danış, sonra başqasına irad tut. Bütün günahları yazıq gəlinin üstünə yıxmaq istəyir. Öldü, sirrini də özünlə apardı. Allah bəlalarını versin, gör nə dərəcəyə çatdırıblar ki, özünü intihar edib, körpələri anasız qoydular.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 13 İyul 23:38101

    Yaziq gelin. Heckim kefinden ozunu oldurmur

    Cavab yaz
  • Anonim
    metanet · 14 İyul 07:4104

    Arada ozunuzunde qabagina bu cur gelin cixsa ne ederdiz fikirlewin.gelinler var telefon iwletmir qapidan bayira cixmir onda onlar neynesin.Bunu evd3 saxlaya bilmekcun bu yazziglar bawin yadin qirxirlarmiw.Ona gore evlenende yuz olcub bir bicmey lazimdir ki bu cur facieleri yawamayag....

    Cavab yaz
    • Anonim
      anonim · 14 İyul 11:1020

      dəqiq oğlanın adamısınız. qız üçün başın qırxılması qədimdən ləkə sayılıb Bilmirəm oğlan ya qızsınız ancaq Siz yəqin özünüzə belə şey arzulamazdınız hələ yazıq da deyirsiniz baş qırxan oğlana..

      Cavab yaz
  • Anonim
    111 · 14 İyul 09:1830

    qadinin bir sozune bele inanmadim, bir sozune

    Cavab yaz
  • Anonim
    kate · 14 İyul 09:1840

    yazıq uşaqlar

    Cavab yaz
  • Anonim
    ....☆ · 14 İyul 09:5241

    Hec kim xos gun gorub pisixoloji xesde ola bilmez onu o gune siz qoymusuzda ...hami bilibki qeyretli qadindi yoxsa yapisdiracaqdilar adina qara lekeni ...var axi bizim milletde .....

    Cavab yaz
  • Anonim
    Wems · 14 İyul 12:0731

    Dehwetdir bu.ozume gele bilmirem.heyf o korpelerden,anasiz qaldilar.Gerek ana oz evladlarini duwuneydi.qiz uwaqlari qaldi ellerde.nene hec duz emelli insana oxwamir.vaxtinda ogluna duzgun terbiye vermedin,indi al ay nene, bu da senin cezan.yawinin bu caginda yeniden korpeler boyut.daha oglunun terbiyesinden verme bu qizlara.onlari exlaqli ve terbiyeli boyut.

    Cavab yaz
  • Anonim
    .......... · 14 İyul 14:0330

    Hec kimi qinamayin, gelin pis olanda olur bawimiza gelib yaziq anam hec gelinle yawamayib, elinden 1 stkn cayda icmeyib qaynim iw adamidi ev ewiyi yaxwi yawayiwi gezmekleride oz yerinde amma 2 gunden 1 ewidirik qiz ozun gah zeherleyir, gah balkondan ozunu atmaq istiyir sonradan bilmiwik ki, qizda catiwmamazliq var minstrsy dovru catanda bu kimi yollara el atir il yarimin gelinidi artiq qaynim bowuyur cunku saxlamaq mumkun deyil yaziq ana(qaynanam)sekseke icinde yawiyir onun ucunde her weyi ogulun qaynananin ustune atmayin mende gelinem amma ata evinde gormediyim gunu er evinde tapmiwam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.