Cəmiyyət

Zakir Həsənov açılış etdi - FOTO

13 İyul 2017 20:02
0 Şərh     Baxış: 668

Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir.

Milli.Az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin açılışında iştirak edib.

Müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Yaradılan mərkəzdə qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onlar qısa müddətdə tam təmir olunacaq.

Döyüşün idarə edilməsi üçün müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.