Cəmiyyət

Hacıqabulda mikroavtobus aşıb: 2 yaralı - YENİLƏNİB

13 İyul 2017 20:00
1 Şərh     Baxış: 452

20:00

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunlar Hacıqabul rayon Qubalı-Baloğlan kənd sakini, 1966-cı il təvəllüldlü Hüseynova Sevda Mənsim qızı, habelə Rəncbər kənd sakinləri - 1956-cı il təvəllüdlü İbrahimova Gülarə Ağasəf qızı və 1985-ci il təvəllüdlü Bağırova Esmira Müzəffər qızıdır.
 
Adıçəkilən şəxslər müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

19:26

Hacıqabulda mikroavtobus aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində baş verib.
 
"Mercedes" markalı mikroavtobus aşması nəticəsində iki sərnişin xəsarət alıb. Xəsarət alan şəxslər Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
 
Qəzanın təfərrüatları barədə əlavə məlumatlar veriləcək.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    emil · 13 İyul 19:5600

    allah bu suruculere agil birazda duwunce versin. bir baxinda vallah adam soz tappir demeye. yavaw surunde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.