Cəmiyyət

Hipotrioz nədir?

15 İyul 2017 22:50
2 Şərh     Baxış: 1 504

Hipotrioz qalxanvari vəzin hormon çatışmazlığı ilə müşayiət olunan xəstəlikdir. Hipotriozun əmələ gətirdiyi patologiyalar qanda tireoid hormonunun miqdarını normaya saldıqda aradan qalxır. Bəs hipotrioz nədir və orqanizmdə hansı patologiyalara səbəb olur?
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qalxanvari vəzi öz funksiyasını normal yerinə yetirə bilmədikdə az hormon ifraz edir və bu da hormon çatışmazlığına səbəb olur. Bu zaman orqanizmdə tireoid hormonunun sintezi pozulur və bəzi patologiyalar meydana çıxır. Treoid hormonu aşağıdakı səbəblərdən çatışmaya bilir:
- qəbul edilən qidalarda yodun miqdarı az olduqda
- qalxanvari vəzdə müxtəlif xəstəliklər olduqda
- qalxanvari vəzdə baş verən əməliyyatdan sonra
- şüa terapiyasından sonra.
Tərkibində yodun az olduğu qidalarla qidalanma da, orqanizmdə yod çatışmazlığına səbəb olur. Buna görə də gələcəkdə hipotriozla rastlaşmamaq üçün azyaşlı uşaqlara tərkibində yodun çox olduğu qidalardan istifadə etmək məsləhət görülür.
Tireoid hormonunun çatışmazlığı insanlarda aşağıdakı əlamətlərlə özünü biruzıə verir:
- piylənmə
- tempraturun aşağı olması
- bədəndə şişkinlik
- ağız və dodaqlarda böyümə
- çətin nəfəsalma
- eşitmə qabiliyyətinin zəifləməsi
- əqli cəhətdən zəiflik
- yuxululuq
- yaddaş zəifliyi
- bradikardiya
- anemiya.
Xəstəliyə diaqnoz qoymaq üçün USM -in və qanda hormonların miqdarının yoxlanılması kifayət edir.
Müalicə:
Hipotriozu meydana gəlməsinə səbəb olan əlamətləri aradan qaldırmaqdan ibarətdir. Xəstəyə tpiudin hormonu və tərkibində yodun çox olduğu qidalardan istifadə etmək məsləhət görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Lady · 15 İyul 23:2700

    Mendede bu xestelik var ve butun sadalananlar ozumde gorurem

    Cavab yaz
  • Anonim
    Filantrop · 15 İyul 23:5720

    "Hipotrioz" yox, "Hipotireoz".Ümumiyyətlə mətndə saysız səhvlər var- ya İMMUNİTET .AZ saytı bərbad gündədir,ya da mohtərəm MİLLİ.AZ- diqqətsizlik edir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.