Cəmiyyət

"Bütün günahlarımla əlaqəmi kəsdim!"

15 İyul 2017 22:20
10 Şərh     Baxış: 1 150

Qonşu gərək öz qonşuluq haqqına riayət etsin. Mehriban dost kimi qonşusu ilə rəftar etsin. Həyatın çətin anlarında onun dayağı və köməyi olsun. Ancaq Əbu Bəsirin qonşusu belə bir insan deyildi. (Həvzəh)

Bəni-Abbasın dövründə onun gəlirli bir peşəsi var idi. Əbu Bəsir onun haqqında deyir: "Qonşumun bir neçə ğina oxuyan və oynayan kənizləri var idi. Ona görə də daima ləhv məclisləri təşkil edər və şərab içərdilər. Mən Əhli-Beyt (ə) məktəbi tərəfindən tərbiyə olunduğum üçün, bu vəziyyətdən nigaran olurdum. Ruhiyyəm incidilirdi, çox əziyyət çəkirdim. Dəfələrlə yumşaq dillə bu haqda qonşumla danışmışdım. Ancaq qulaq asmırdı. Bir gün mənə dedi: "Mən şeytana və nəfsimə düçar olan insanam. Sən əgər mənim bu vəziyyətim barəsində böyük İmam Sadiqə (ə) danışsan, bəlkə İmamın (ə) diqqəti ilə bu şər və bədbəxtlikdən nicat tapa bilərəm".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sözünü qəbul etdim və bir müddət sonra Mədinəyə İmamı (ə) görmək üçün getdim. İmama (ə) qonşumla bağlı nigarançılıqlarımı söylədim. İmam (ə) buyurdu: "Kufəyə qayıdan zaman səni görməyə gələcəkdir. Mənim adımdan de ki, əgər çirkin işlərini tərk etsə, bütün günahları ilə rabitəsini kəssə, behişti ona zəmanət verərəm".
Kufəyə qayıdan zaman dostlarım məni görməyə gəldilər, o da gəldi. Ona dedim: "Getmə, sənə sözüm vardır".
Otaq xəlvət olandan sonra İmamın (ə) sözünü ona çatdırdım və İmamın (ə) salamını ona dedim.
Qonşum təəccüblə mənə baxıb dedi: "Səni Allaha and verirəm! İmam Sadiq (ə) mənə salam göndərib və behişti mənə zəmanət edibdir?".
And içdim ki, belədir.
Dedi: "Əbu Bəsir, mənə kifayətdir". Bir neçə gündən sonra mənə xəbər göndərdi ki, səni görmək istəyirəm. Evinə getdim və qapının arxasında əynində libası olmayan halda mənə dedi: "Əbu Bəsir! Malik olduqlarımı müəyyən yerlərə çatdırdım və bütün haram malımdan yüngülləşdim. Bütün günahlarımla əlaqəmi kəsdim".
Onun üçün paltar göndərdim və bəzən də onu görməyə gedirdim və çətinliklərini həll etməyə çalışırdım. Bir gün xəbər verdilər ki, xəstə yatağındadır və onu görməyə getdim. Can verən halda gülümsəyib, mənə dedi: "Əbu Bəsir! İmam Sadiq (ə) vədəsinə vəfa etdi". Sonra da dünyasını dəyişdi.
Həcc zamanı həccə getdim və İmamla (ə) görüşdüm və İmam (ə) mənə buyurdu: "Əbu Bəsir! Mən qonşunla bağlı verdiyim vədəyə vəfa etdim"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    مريم · 15 İyul 22:5230

    O kəslər ki, deyirlər ancaq ALLAHdan nəisə istəmək lazımdır ..... , niyə - Yaqubun (ə) oğlanları ondan (ə) ALLAHa dua etməsini istədilər ???? Özləri edərdilərdə, axı ALLAH insana şah damarından yaxındır ..... !!!! Niyə Yaqubun (ə) gözləri Yusifin (ə) köynəyi dəyəndə açıldı ???? Özü (ə) peyğəmbər olaraq dua edə bilməzdi ????? Niyə ALLAH tərəfindən seçilmiş birinin köynəyi ???????

    Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 22:5830

      Bismilləhir rahmənir rahim. - (Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi). - (Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!” ▶ Yusuf surəsi 84 -85.

      Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 22:5930

      Niyə Yaqub (ə) Yusif peyğəmbərin (ə) ölmədiyini bilib, bu qədər qəmdən ağlayırdı ????? O (ə) hətta ALLAHın Yusifi (ə) seçdiyini və bu işin gözəl nəticələnəcəyini bilirdi. Niyə ağladı ? Üsyan etdimi yoxsa bir Peyğəmbər (ə) ? Axı o (ə) səbr etməyi seçdi ...... !

      Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 23:0230

      Bismilləhir rahmənir rahim. - (Atası Yəqub) dedi: “Can oğul ! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. - ( Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” ▶ Yusuf surəsi 5 - 6.

      Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 23:0230

      Bismilləhir rahmənir rahim. (Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm! ▶ Yusuf surəsi 86.

      Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 23:0330

      Bismilləhir rahmənir rahim. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” ▶ Yusuf surəsi 18.

      Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 23:0430

      Şiələrin İmam Hüseyn (ə) üçün ağlamaqlarını şirk, nöqsan bilənlər bacarırlarsa cavab versinlər .... !!!!!!

      Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 23:0530

      Bismilləhir rahmənir rahim. Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır. ▶ Yusuf surəsi 7 .

      Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 16 İyul 00:0612

    Yenə başladılar.Sünni və şiə bir-birini qıran xanımlar və bəylər, ortaq olduğunuz nöqtədə toplaşın,day şaxələnməyin.Gic müsəlman deyilməsin.Quran oxuyun,Quran.Bəlkə düzələsiniz

    Cavab yaz
    • Anonim
      Gəncəlıyə · 16 İyul 15:4511

      Deyəsən cox oxumusan ,agzından nur tökülür.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.