Cəmiyyət

Həcc zəvvarı üçün Allahın tədarükü

15 İyul 2017 21:20
59 Şərh     Baxış: 2 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) sübh namazını insanlarla qılır və sonra onlarla söhbət etməyə başlayır. İnsanlar günəş çıxan kimi bir-bir çıxıb gedirlər, ancaq iki nəfər qalır ki, biri ənsar idi və o birisi də səhrada yaşayan bədəvi.

Həzrət Peyğəmbər (s) o ikisinə buyurur: Bilirəm ki, sizin ikinizin istəyi vardır, əgər istəsəniz, siz sual verməzdən əvvəl mən cavabını deyim. Əgər istəmirsinizsə, soruşun, sizə cavab verəm.
Deyirlər ki, siz bizə xəbər verin. Peyğəmbər (s) ənsardan istəyir ki, növbəsini səhrada yaşayan şəxsə versin. Buyurur: "Ey ənsar qardaş! Siz növbənizi dostunuza verin. Çünki siz elə qövmdənsiniz ki, başqalarını özünüzdən üstün bilir və fədakarlıq edirsiniz".
Həmin kişi deyir: "Böyük rəğbətlə".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) üzünü səhrada yaşayan həmin şəxsə çevirib, buyurur: "Sən gəlmisən ki, məndən dəstəmaz və namaz haqqında soruşasan". Və cavabını deyir. Sonra ənsara buyurur: "Sənin sualın həcc və ümrə haqqındadır ki, ona nə qədər savab qərar verilmişdir. Agah ol, o zaman ki, həccə getmək istədin və diqqətin Allah Evini ziyarət etmək oldu və özünü getmək üçün hazırladın və miniyə mindin, səfərini Allahın adı ilə başladın - miniyinin yerdən götürdüyü hər addıma görə Allah sənin üçün həsənə yazar, günahlarını məhv edər. Elə ki, ehram bağladın və "Ləbbeyk!" dedin, Allah hər "Ləbbeyk"ə on həsənə qərar verər və on günahı uzaqlaşdırar.
O zaman ki, Beyti təvaf etdin, sənin üçün Allah yanında əhd saxlanılar ki, Allah (ona görə) sənə əzab verməkdən həya edər. O zaman ki, İbrahim məqamında iki rükət iqamə edərsən, o iki rükətə görə iki min qəbul olmuş namazın savabı sənə inayət olunar.
O zaman ki, Səfa və Mərvada səy edərsən və yeddi dəfə o yolu gedərsən, Allah yanında sənin üçün o kəsin əcri olar ki, öz şəhərindən həccə piyada gəlmişdir. Həmçinin o kəs kimi ki, 70 mömin qulu azad etmişdir.
O zaman ki, Ərəfatda günəş batana qədər vuqufu yerinə yetirdin, əgər xataların Ərəbistan səhralarının qumlarının sayı qədər olsa belə, Allah bağışlayar. O zaman ki, Minaya gələrsən və kiçik daşları Cəmərata atarsan, sənin üçün hər daşa görə on həsənə yazılar. Bu savab ömrünün qalan hissəsində də davamlı olaraq qeyd olunar.
O zaman ki, saçını qırxarlar, səndən ayrılan hər tükə görə həsənə yazılar və bu savab ömrünün qalan hissəsində də qalıcı olar.
O zaman ki, qurban kəsərsən - ondan ayrılan hər damcı qana görə sənin üçün həsənə yazılar və ömrünün qalan hissəsində olar.
Elə ki, Minadan geri qayıtdın və Beyti təvaf etdin, İbrahim məqamında namaz qıldın, mələk çiyninin arxasından vurar və deyər: "Ömrünün keçmişində nə olmuşdusa bağışlandı, ona görə də əməllərinə əvvəldən başla".
Bəli, Əziz Allah Öz qonağı üçün bu cür tədarük görmüşdür və bu savablar bütün insanlar üçündür. Ancaq o kəslər ki, mərifət əhlidirlər və məşuqun diyarına aşiqcəsinə gəliblər - onlar üçün İlahi liqa (görüş) savabı vardır. Heç kəs bu cür savabın sayını bəyan edə bilməz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.