Cəmiyyət

Mömin intizarı necə çəkməlidir?

15 İyul 2017 20:20
0 Şərh     Baxış: 446

Möminin ən böyük vəzifəsi - Həzrət Məhdinin (ə.f) zühurunun intizarını çəkmək və onun həyata keçməsi üçün səy göstərməkdir. Çünki əgər zühur üçün zəminələr hazır olmazsa, onun həyata keçməsi gecikə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mömin zühura fikri olaraq hazır olmalıdır. Yəni, bilməlidir ki, bəşərin fərqli olması: qara, ağ, sarı dərili olması müxtəlif dildə danışması, elminin səviyyəsinin fərqli olması onları bir-birindən ayırmamalıdır. Qəbilə və millət arasında olan təəssübkeşliklər həmişəlik olaraq aradan qalxmalıdır. Yəni, vəhdətə hazır olmalıdır və yollarında olan maneələri birlikdə aradan qaldırmalıdırlar.
Müntəzir zühura ictimai olaraq hazır olmalıdır. Yəni, düçar olduğu ictimai zülm və ədalətsikdən yorulmalıdır və parlaq gələcyi vəd edən Xilasedicinin gəlişinə ümid bəsləməlidir. Bu gün yaşadığı cəmiyyətdə baş verən təhlükələrə nəzər salmalı, bu haqda düşünməli və özünü Xilasedicinin gəlişi üçün hazır etməlidir. Bəs necə hazır olmalıdır?
Bəzi din alimlərinin bununla bağlı bizlərə tövsiyələri.
Ayətullah Safi Gülpayiqani: "O kəs ki, dünya əlaqələrinə etinasız olar, (zühur üçün) hazırlıq əldə edər".
Ayətullah Nuri Həmədani: "Nəfsimizi tərbiyə edərək və haramlardan çəkinərək, fəsadı aradan aparmağa cəhd edərək, əmr-be-məruf və nəhy-əz-munkər edərək Allah Təalanın xüsusi diqqəti ilə özümüzü zühur və Həzrətə (ə.f) yardım üçün hazır edə bilərik. Əlbəttə, asan bir iş deyildir, nəfsə hakim olmağa, fədakarlıq və güzəşt etməyə ehtiyac vardır".
Ayətullah Seyyid Muhəmməd Şirazi: "Dini vəzifələrə və təqvaya əməl edərək, hazırlıq əldə etmək olar".
Ayətullah Seyyid Sadiq Ruhani: "Biz Həzrətin (ə.f) zühuru üçün dua etməyə vəzifələndirilmişik. Çünki fərəcin tezləşməsi üçün lazım olanları hazır etmək Allahın qüdrətindən xaric deyildir. Onun hazır olması üçün Allahdan istəmək və dua etmək lazımdır".
Ayətullah Xəzəli: "Zühur hadisəsinə görə daha çox və daha dərin məlumat toplamaq lazımdır. Özümüzü bu sahədə yetişdirməliyik".
Ayətullah Ələvi Qurqani: "Zühurun zəminəsi - təqva, nəfsin tərbiyəsi və əməl vasitəsilə hazır olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.