Cəmiyyət

Seyid Mürtəzadan dərs alan yəhudi

15 İyul 2017 23:10
28 Şərh     Baxış: 1 003

Bağdad şəhərini və onun ətrafını qəhətlik bürümüşdü.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yəhudi bir şəxs bu qəhətlik və yoxsulluqdan çox əziyyət çəkirdi. Hər nə qədər düşünürdüsə də, yoxsulluqdan çarə tapa bilmirdi.

Yadına düşür ki, ona Əhli-Beyt (ə) alimindən danışmışdılar ki, böyük insandır, müxtəlif elm sahələrində ixtisası vardır. Dövrünün bütün alimlərdən daha üstündür. Şagirdinə də həyatını keçindirmək üçün müəyyən məbləğ verir. (Həvzəh)
Sabahısı günü Seyyid Murtəzanın dərsində hazır olur. Şagirdlər bu yəhudini görəndə çox təəccüb edirlər. Hətta bəziləri narahat olur. O zaman ki, dərs sona çatır, o, Seyyidin yanına gedir və alimdən istəyir ki, astronomiya elmini ona öyrətsin.
Seyyid də onun bu xahişi qarşısında gülümsəyir və qəbul edir. Göstəriş verir ki, hər gün ona da müəyyən məbləğ ödəsinlər. O kişi bir müddət dərsdə iştirak edir və həyat ehtiyaclarını alimdən aldığı pulla keçindirməyə çalışır. O, qısa müddət ərzində alimin əzəmət və vüqarı qarşısında o qədər təsirlənir ki, İslam dinini qəbul edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Hafiz · 15 İyul 23:54053

    Bu reklamin hec yeri yoxdu ayibdi

    Cavab yaz
  • Anonim
    a · 16 İyul 01:50061

    Radikal siyelerin heyati reklam ustunde qurulub.Munafiqdiler.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:17550

    SALAM OLSUN Ayələrimizə İman Gətirənlərə. Ənam Surəsi. Ayə - 54. *********************** SALAM OLSUN Cənnət Əhlinə. Əraf Surəsi. Ayə -46. ********************* SALAM OLSUN Səbr Edib Dözənlərə. Rad Surəsi. Ayə - 24 ******************** Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (Qiyamət Günü) də (ALLAHDAN) mənə SALAM Olsun! Məryəm Surəsi. Ayə - 36. ************************ Cəmi Müsəlmanlara ALLAHIN SALAMI OLSUN.

    Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 11:59370

      Aləykum salam, qardaş.

      Cavab yaz
      • Anonim
        Muherrəm · 16 İyul 12:13450

        Bacım Allah sizləri qiyamətdə Əhli beytlə əs məhsur etsin.

        Cavab yaz
        • Anonim
          مريم · 16 İyul 12:44380

          Amin. ALLAH razı olsun,qardaş,sizidə əhli-bəytlə (ə) məhşur etsin.

          Cavab yaz
    • Anonim
      N▪ · 16 İyul 12:23410

      Aleykum salam.

      Cavab yaz
      • Anonim
        مريم · 16 İyul 12:41390

        Salam aləykum, N▪.

        Cavab yaz
        • Anonim
          N▪ · 16 İyul 12:53410

          Aleykum salam Məryəm.

          Cavab yaz
    • Anonim
      a · 16 İyul 16:39056

      Taxta bas deyirdin axi Bu Quran hemin Quran deyil.?Quran mehdidedi.?Ne oldu?Bu Qurani Iinkar edirdin? Teqiyye edirsen veledizina?

      Cavab yaz
      • Anonim
        Muherrəm · 16 İyul 20:42500

        Yalansa Allahın qəzəbi olsun sənə. Hansı şiə deyir bu Quran o Quran deyil???

        Cavab yaz
    • Anonim
      mən · 16 İyul 23:33450

      Aleykum Salam!

      Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:18440

    Bismillah. Əqaid 23-cu dərs.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:18380

    Bismilləhir rahmənir rahim. 23-cü dərs. Xüsusi nübuvvət. Peyğəmbəri-Əkrəmin nübuvvətinin sübutu. Peyğəmbər (s)-in nübuvvətini sübutu üçün iki yoldan, nişanələri cəmləmək və möcüzə gətirmək (yolundan) istifadə etmək olar: 1. İslam Peyğəmbərinin (s) nübuvvətinin nişanələri. Heç vaxt Qureyşin (qəbiləsinin, Qureyşlilərin) mərasimlərində iştirak etmirdi; bir qrup pak insanlarla dostluq edərdi. Məkkənin çirkin mühitindən uzaq durmaq üçün və öz səbrini dahada qüvvətli etməsi üçün bir müddət Məkkənin ətrafında çobanlıq etdi. Ən çox Allaha ibadətə məşqul idi və bu iş üçün Həra mağarasına gedirdi.Bu tərbiyə proqramları, misli olmayan şəxsiyyət, Muhəmməd ibni Əbdullahın meydana gəlməsinə səbəb olmuşdu. Necəki camaat onu əhdə və peymana vəfa edən, düz danışan, əmanətdar və pak birisi  tanıyırdılar.

    Cavab yaz
    • Anonim
      a · 16 İyul 16:41047

      Peyqemberin s.a.v. ehli beytinden olan zovcelerini soyen sen axmaq deyilsen?

      Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:19400

    Bu iddianın ən aydın dəlili, Peyğəmbər (s) hələ peyğəmbərliyə çatmamış, Məkkə camaatının ona Muhəmməd Əmin ləqəbini vermələri və o həzrətin əxlaq və şəxsiyyətinə aşiq olmalarıdır. 2- İslam Peyğəmbərinin (s) möcüzələri. Ayı bölmək , daşların şəhadət verməsi, gələcəkdən xəbər vermək və Merac səfəri. Amma İslam Peyğəmbərinin (s) ən mühüm möcüzəsi 23 il ərzində o Həzrətə nazil olan  Qurani-kərimdir. Qurani-kərimin möcüzə olmasına dəlillər: Fəsahət və bəlağət. Qurani-kərimin birinci xüsusiyyəti, onun fəsahətli və bəlağətli olmasıdır.

    Cavab yaz
    • Anonim
      a · 16 İyul 16:41042

      De gorum Qurani niye inkar edirsen?

      Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:19410

    2- İslam Peyğəmbərinin (s) möcüzələri. Ayı bölmək , daşların şəhadət verməsi, gələcəkdən xəbər vermək və Merac səfəri. Amma İslam Peyğəmbərinin (s) ən mühüm möcüzəsi 23 il ərzində o Həzrətə nazil olan  Qurani-kərimdir. Qurani-kərimin möcüzə olmasına dəlillər: Fəsahət və bəlağət. Qurani-kərimin birinci xüsusiyyəti, onun fəsahətli və bəlağətli olmasıdır. 2. Ayələr arasında ixtilaf olmaması. Adi insanlar müxtəlif şəraitlərdə, fərqli rəftarlar göstərirlər. Yəni çətin vəziyyətdə olduqları vaxtın sözləri, adi vaxtda olanlardan fərqlidir. Qurani-kərim 23 il ərzində və müxtəlif şəraitlərdə Peyğəmbərə (s) nazil olmuşdur. Əgər bu ayələri bir-birlərilə müqayisə etsək, onlarda ixtilafın olmamasından əlavə bəzi ayələr, bəzi ayələri təkid edir və qüvvətləndirir.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:20420

    Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf) tapardılar. (Nisa 82) 3. Quranın gələcəkdən xəbər verməsi. Quranın bəzi ayələrində gələcək hadisələr açıq şəkildə deyilmişdir. Bunların bəziləri baş verib. Misal, Rumlulaqövmünün döyüşü və onun nəticəsi müsəlmanlar tərəfindən Məkkənin fəthi(Rum 2-3) (Fəth 27) və onların bəziləri gələcəkdə olacaq. Misal, İmam Zaman (ə.f) zühuru və müstəz'əflərin hakimiyyəti (əl-Qəsəs 5).  Bu xəbərlər, Quranın bəşər düzəltməsi olmadığının göstəricisidir.

    Cavab yaz
    • Anonim
      a · 16 İyul 16:43042

      Quran haqqinda niye dudunmursen? Esl Quran mehdidedi?...

      Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:20420

    4. Quranın təhrifdən amanda olması. Qurana nəyinsə artırılmaması. Əgər Qurana bir şeyin artırıldığını fərz etsək, o şey ya digər ayələrin həddində olan kamil bir mətləbdir və ya onlardan naqisdir. Bir kamil mətləbin digər ayələrin həcmində Qurani-kərimə artırıldığını qəbul etmək olmaz. Çünki Quranın möcüzə olduğunu əvvəl sübut etdik və onun kimi mətləbi gətirmək qeyri-mümkündür. Əgər naqis mətləbin Qurana əlavə olunduğunu fərz etsək,  bu iş ayələrin nəzminin bir-birinə dəyməsinə səbəb olar. Bu surətdə Quran möcüzəlik halından çıxar. Bir halda ki, bilirik belə deyil.

    Cavab yaz
    • Anonim
      a · 16 İyul 16:44043

      Tulkuye baxe Teqiye edir.Qurani inkar eden rafizi.Elimizde olan Qurani kim deyisib?

      Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:21390

    Bu dəlildən əlavə demək olar:  Heç kəs indiyə qədər Qurana hər hansı bir ayənin artıtırıldığı iddiasını etməyib və bu mətləbin sübutu üçün heç bir dəlil yoxdur.  Beləliklə, heç bir naqis və kamil mətləb Qurana artıtırılmayıb. Qurandan nəyinsə azalmaması. Şübəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz onu qoruyub saxlayacağıq. (Hicr 9) Bu ayəyə əsasən nə bir şey Qurana artırılıb və nə də azaldılıb. İslam firqələrinin Quranın təhrifi barədə nəzəriyyəsi. Şiə və sünni alimləri,  Quranın təhrif olunmaması həqiqətini açıqlamışlar.  Təkcə əhli-sünnətdən bəziləri onlarda olan  mötəbər hədislərə əsasən Quranın təhrif olunmasına (azalma cəhətdən) etiqadlıdırlar.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:32430

    Bağışlayan və mehriban Allahın adı ilə. Bəqərə surəsi (6) Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər. (7) Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.* (8) İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər. (9) Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər. (10) Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:35460

    7-ci ayənin qısa açıqlaması: Allah kafirlərin inadkarlığı müqabilində onların qəlbinə bədbəxtlik möhürü vurur. Qur’anda oxuyuruq: “Allah təkəbbürlü və zalım fərdlərin qəlbini möhürləyir.” (Ğafir surəsi, ayə-35). Başqa bir ayədə oxuyuruq: “Allah bilərəkdən nəfs istəkləri ardınca gedənlərin qəlbini möhürləyər.” (Casiyə surəsi, ayə-23). Bəli, ilahi möhür insanın öz pis seçiminin nəticəsidir. Qəlbin möhürlənməsini Allah tərəfindən səbəbsiz bir cəza kimi qəbul etmək olmaz. Ona görə də mö’minlər belə dua edirlər: “Pərvərdigara! Qəlblərimizi hidayət etdikdən sonra çaşqınlığa düçar etmə.” İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayəni tez-tez təkrarlayıb, özünüzü azğınlıqlardan amanda saxlayın.”

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:35420

    Ayədə olan incilər: 1. Allahın insana olan ən böyük cəzası insanın həqiqətləri dərk edə bilməməsidir. 2. Küfr, qəlb və qulaqların möhürlənməsinin (haqqı eşitməməsinin) səbəbidir. 3. Küfr səbəbindən insanın ən üstün imtiyazı olan, haqqı dərk etmək qabiliyyəti ondan alınır. 4. Allahın cəzası bizim əməllərimizə münasibdir. Əslində insan özü özünü bədbəxt edir. İmam Riza (ə) buyurmuşdur: “Qəlblərin möhürlənməsi onların küfrlərinin nəticəsidir.” (Nur təfsiri, Möhsin Qəraəti, cild-1, səh-30-32).

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:37430

    Bəqərə surəsi Bağışlayan və mehriban Allahın adı ilə. (11) Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər. (12) Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər. (13) Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər. (14) Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər. (15) Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 16 İyul 10:38410

    ƏSMAUL-HUSNA - ALLAHIN GÖZƏL ADLARI Əsmaul-husna ərəb dilindən tərcümədə "gözəl adlar” deməkdir. Ümumilikdə, Allah bütün təsəvvürə gələn yaxşı və bəyənilmiş sifətlərə malikdir, bütün pis və nöqsanlı sifətlərdən uzaqdır. Allah mütləq kamillik sahibidir. Onun sifətlərinin sayı qeyri-məhduddur. Bu sifətləri ifadə edən adlar da hər hansı ədədlə məhdudlaşa bilməz. Qurani-kərimdə buyurulur: “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar! ” (“Əraf”, 180). Allahın adlarının içindən ən seçilmişlərini “əsmaul-husna” adlandırırlar. Bunların sayı 99-dur. Peyğəmbərimiz buyurub: “Allahın yüzdən bir ədəd əskik, yəni 99 adı var. Kim bu adları saysa, cənnətə girər”. Dini mənbələrdə əsmaul-husnaya aid olan adların bir neçə varinatı mövcuddur. Bu varianvtların arasında yalnız bir neçə adla bağlı cüzi fəcrqlər görünür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.