Cəmiyyət

Həsəd xəstəliyindən necə xilas olaq?

15 İyul 2017 22:10
11 Şərh     Baxış: 1 010

Bir çox rəzil sifətlərin kökündə həsəd xəstəliyi durur. Həsəd - şeytanın (ə) ən güclü silahlarından hesab olunur və Adəm (ə) övladının qətlinə səbəb olmuşdur.

Əgər Həzrət Yusifin (ə) dastanına nəzər salsaq, orada da həsədin pis və xəcalətli nəticələrini görmək olar ki, Yusifin (ə) qardaşlarının həsrət və peşmançılığına səbəb olmuşdur.
Bəs nə edək ki, bu rəzil sifət bizə yaxın durmasın?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ilk növbədə bu həqiqəti qəbul etməliyik ki, həsəd insanın bütün rahatlıq və ruhi sağlamlığını aradan aparır və insanın həm ailə və həm də ictimai rabitələrinə zərbə vurur. İmam Əli (ə) buyurur:"Təəccüblüdür ki, həsəd aparanlar öz cisimlərinin sağlamlığından qafildirlər".
İmam Sadiq (ə) buyurur: "Həsəd aparan insan məhsuda (yəni, həsəd apardığı şəxsə) ziyan vurmazdan əvvəl, özünə ziyan vurar".
İkinci nəzərə almalı olduğumuz həqiqət budur ki, həsəd aparan insan həmişə xəstədir. Əmirəl-möminin (ə) buyurur: "Həsəd, insanın ayırd etməsini xataya salar, insanın ibadətlərini xarab edər, əxlaqi fəzilətləri məhv edər və insan ömrünü qısaldar".
Həsədin kökünü kəsmək üçün onun köklərini tanımaq lazımdır. Yəni, həsədin yaranma amilləri hansılardır?
1. Təkəbbür və özünü bəyənmək.
2. Pis əməllərini yaxşı kimi görmək və özünü başqalarından üstün bilmək.
3. Başqalarına xeyir verməkdən özünü çəkindirmək.
4. Hərislik və tamahkarlıq.
İnsan əgər həsəddən xilas olmaq istəyirsə, gərək Allahın ona inayət etdiyi nemətlərə diqqət etməyi bacarsın və görsün ki, o qədər nemətə malik olaraq, yenə də başqalarının həsədini aparır. Halbuki, Allah ona elə nemətlər vermişdir ki, həsəd apardığı şəxslərə onu verməmişdir.
Allah Təala Quranda Peyğəmbərə (s) buyurur: "Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər". ("Hicr" 88).
Həsəd aparan insan bilməlidir ki, öz üzünü qara və qarşı tərəfin üzünü həmişə ağ edər. Çünki insanlar içində o zalım, qarşı tərəf məzlum kimi görünər. Məzlum isə Allahın inayətinə çatan insandır.
Həsəd aparan gərək ürəyi nə istəyirsə, etməsin. Pis danışmaq, qeybət etmək, töhmət vurmaq kimi. Əgər bu xəstəlikdən xilas olmaq istəyirsə, gərək ürəyi istədiklərinin əksinə əməllər yerinə yetirsin. Əgər kiməsə ziyan vurmaq istəyirsə, əksinə xeyir versin. Bu zaman imanı güclənər və iman da həsədin köklərini kəsər.
Deməli, insan təfəkkür etsə, həsəd aparmağa səbəb olan amilləri tanıyar və onları islah etməyə çalışar.
Həsəd aparanı bu bəladan xilas edən ən təsirli əməl duadır. Əgər əllərini açıb Allaha sidq ürəklə dua edərsə, Allah da ona yardım edəcəkdir. Çünki dua - hər bir xəstəliyin şəfasıdır.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Jur · 15 İyul 23:31010

    Ağılı və düşünen insan nağılara inanmaz

    Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 15:0530

    Bismilləh. Quranda qadınlar barədə ....... İlk onu qeyd edim ki, Quranın 4 cü surəsinin adı ▶ Nisa "qadınlar" deyə tərcümə olunur ........ .

    Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 15:2030

    Bismilləhir rahmənir rahim. Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir ! ▶ Nisa surəsi 1.

    Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 15:2530

    Bismilləhir rahmənir rahim. Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır ! ▶ Rum surəsi 21.

    Cavab yaz
    • Anonim
      مريم · 18 İyul 16:4010

      Diqqət edək -▶ ALLAH kişi ilə qadın arasında sevgi, mərhəmət, dostluq yaratdı ....... !

      Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 16:3530

    Bismilləhir rahmənir rahim. Ey insanlar ! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. ▶ Hucurat surəsi 13.

    Cavab yaz
    • Anonim
      مريم · 18 İyul 16:5420

      Diqqət edək - ▶ ALLAH yanında hörmətli, üstün olan ALLAHdan ən çox qorxub, çəkinəndir ....... !

      Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 17:0230

    Bismilləhir rahmənir rahim. Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir ! ▶ Tövbə surəsi 71.

    Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 18:3630

    Bismilləhir rahmənir rahim. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir ! ▶ Şura surəsi 49 - 50.

    Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 18:4730

    Bismilləhir rahmənir rahim. Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. ▶ Kəhf surəsi 81. Və ALLAH onlara bir qız uşağı bəxş etdi ........ .

    Cavab yaz
  • Anonim
    مريم · 18 İyul 18:5630

    Kəhf surəsinin 74, 80 ayələrində həmin ailədə əvvəl oğlan uşağının olması bildirilir ........ .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.