Cəmiyyət

Riya ilə sədəqə vermək əslində küfr etmək kimidir

15 İyul 2017 19:10
10 Şərh     Baxış: 494

Allah Təala Quranda buyurur: "Ey iman gətirənlər, sədəqələrinizi, malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir". ("Bəqərə" 264).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir daşı gözünüzün önünə gətirin ki, üzərini kiçik bir torpaq layı örtmüşdür. Bu torpaq örtüyünə toxumlar səpilmişdir. Azad hava və günəş şüası ona təsir edər. Sonra üzərinə bol yağış yağar. Təbiidir ki, bu cür yağış daşın üzərində olan toxumları yuyub aparacaqdır və onun kök salmasına imkan verməyəcəkdir. Çünki, bu cür şəraitdə toxum cücərə bilməz.
Eləcə də insanın etdiyi infaq əgər riya ilə bir yerdə olarsa, daşın üzərində olan torpaq layına bənzəyər. O yağış ki, başqa torpaqlar üçün bərəkət amilidir və onun yaşıllaşmasına, abad olmasına səbəb olar, əksinə, bu daşın üzərində olan torpağı yuyub aparar və üzərində olan toxumları məhv edər. (Tebyan)
Ona görə də bu ayədən belə nəticəyə gəlmək olur ki, riyakarın əməli heç də kafirin əməlindən fərqlənmir. Çünki hər ikisi də Allahdan qeyrisi üçün əməl edər. Ona görə də hədislərimiz buyurur: "Riya, gizli şirkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Muherrəm · 15 İyul 19:17260

    İnsanın niyyəti əməlindən üstündür. Nəinki sədəqə hər hansı bir əməldə riya olarsa o əməl pucdur.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:37260

    O kəslər ki, deyirlər ancaq ALLAHdan nəisə istəmək lazımdır ..... , niyə - Yaqubun (ə) oğlanları ondan (ə) ALLAHa dua etməsini istədilər ???? Özləri edərdilərdə, axı ALLAH insana şah damarından yaxındır ..... !!!! Niyə Yaqubun (ə) gözləri Yusifin (ə) köynəyi dəyəndə açıldı ???? Özü (ə) peyğəmbər olaraq dua edə bilməzdi ????? Niyə ALLAH tərəfindən seçilmiş birinin köynəyi ???????

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:38230

    Bismilləhir rahmənir rahim. - (Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi). - (Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!” ▶ Yusuf surəsi 84 -85.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:39220

    Niyə Yaqub (ə) Yusif peyğəmbərin (ə) ölmədiyini bilib, bu qədər qəmdən ağlayırdı ????? O (ə) hətta ALLAHın Yusifi (ə) seçdiyini və bu işin gözəl nəticələnəcəyini bilirdi. Niyə ağladı ? Üsyan etdimi yoxsa bir Peyğəmbər (ə) ? Axı o (ə) səbr etməyi seçdi ...... !

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:40220

    Bismilləhir rahmənir rahim. - (Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. - ( Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” ▶ Yusuf surəsi 5 - 6.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:40240

    Bismilləhir rahmənir rahim. (Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm! ▶ Yusuf surəsi 86.

    Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 19:57250

      Bismilləhir rahmənir rahim. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” ▶ Yusuf surəsi 18.

      Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:41210

    Bismilləhir rahmənir rahim. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” ▶ Yusuf surəsi 18.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:41230

    Şiələrin İmam Hüseyn (ə) üçün ağlamaqlarını şirk, nöqsan bilənlər bacarırlarsa cavab versinlər .... !!!!!!

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 19:41240

    Bismilləhir rahmənir rahim. Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır. ▶ Yusuf surəsi 7 .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.