Cəmiyyət

Kartofle bel ağrısına son

15 İyul 2017 23:45
1 Şərh     Baxış: 2 110

Qara nöqtələrdən yaxşıca təmizlədikdən sonra kartofu qaynadaraq əldə etdiyiniz suyu soyudub için, bel ağrısından xilas olun.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər üç nəfərdən birinin şikayəti olan bel ağrısından xilas olmağın bitki yolu kartof suyu içməkdən keçir. Kartofun faydalarının bu qədər ilə məhdud qalmadığını dilə gətirən fitoterapiya mütəxəssisləri mövzu barəsində geniş məlumat verdilər: "Kartof suyunun faydaları arasında qastrit və mədə xoraları ilə ürək xəstəlikləri kimi müxtəlif xəstəliklər göstərilir. Kartof suyunun saçlara və dəriyə də yaxşı təsir göstərdiyinə aid məlumatlar var. Kartof suyu həmçinin iltihab əleyhinə çox yaxşı bir qidadır. Bel, kürək və oynaq ağrılarının aradan qaldırılmasında təsirlidir. Podaqra xəstəliyində faydalıdır. Kartof suyu bədənin hər bir bölgəsində dövranın yaxşılaşmasına yardımçı olur.
 
Xüsusilə səhərlər ac qarnına içilməsi təklif edilir. Kartof suyu həzm sisteminin sağlam işləməsinə köməkçi olur. Qəbizlik, ishal, şişkinlik, mədə yanması və mədə pozğunluğu kimi problemlərə qarşı təsirlidir. Səhərlər içilən kartof suyunun reflüks xəstələrinə yaxşı təsir etdiyi də bilinir. Kartof suyu orqanizmdən zərərli maddələrin atılmasına da yardımçı olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    eko · 15 İyul 23:5100

    Indide gel,xarabla mesoklarla kartofu,bos nagil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.