Cəmiyyət

Böyrək daşının səbəbləri

15 İyul 2017 22:45
0 Şərh     Baxış: 1 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Genetik amillər: böyrək daşlarının irsi olaraq keçməsi mümkün hallardandır.

Kifayət qədər maye istehlak etməmək: orqanizmə kifayət qədər su və ya maye alınmaması, bədəndə yığılan mineral və duzların zaman içində kristallaşaraq böyrək daşı yaranmasına səbəb ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hal böyrək daşını yaradan səbəblərin əvvəlində gəlir.
 
Digər xəstəliklər: sahib olunan podaqra, sidik yolu infeksiyaları və ya bağırsaq xəstəlikləri kimi bəzi digər xəstəliklər də böyrək daşına yol açır. Bundan əlavə, qanda olan kalsium nisbətini artıran sarkaidoz, pacet xəstəliyi və ya bəzi sümük xəstəlikləri də daş yarada bilər.
 
Qidalanma vərdişləri: böyrək daşı yaranmasına yol açan bəzi qidaların həddən artıq istehlak edilməsi də problemi şiddətləndirir. Balanssız qidalanma səbəbilə B6 və ya maqnezium kimi orqanizmin ehtiyac duyduğu vitamin və mineralların çatışmazlığı böyrək daşı səbəbləri arasındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.