Cəmiyyət

Dəyişək, “onlar” olaq...?

15 İyul 2017 23:15
22 Şərh     Baxış: 1 099

İki əhvalatdan başlayaq...

Moskvada ictimai nəqliyyatda maraqlı eksperiment baş tutub və "gizli kamera" ilə qeydə alınıb. Atletik cüssəli gənc ayaq üstə qalan qocalara yaxınlaşaraq "yer olsaydı əyləşərdinizmi" sualını verib. Müsbət cavab alınca isə oturacaqlarda əyləşən cavanlara "bəlkə yerinizi verərdiniz?!" təklifini irəli sürüb. Maraqlıdır ki, heç kim etiraz etməyib, ayağa qalxaraq yerlərini qocalara veriblər. Cüssəli gəncdən çəkiniblər ya vicdanları oyanıb - bunun artıq elə bir əhəmiyyəti yoxdur...

Başqa bir hadisə. Malayziyada təhsil alan azərbaycanlı gənc nəql edir: "Avtobusda bəzən ayağa qalxaraq yaşlı adamlara yer verirəm. Nə yer vediyim adamlar, nə də ətrafdakılar nə baş verdiyini anlamırlar - axı nə üçün ayağa qalxdım? Bir təhər izah edirəm səbəbini, amma yenə də onlara nəsə çatmır bu məntiq"...

Milli.Az islam.az-a istinadən bildirir ki, bu iki əhvalatda biz azərbaycanlılar üçün böyük mətləblər gizlənib. Əlbəttə ki, real və sağlam düşüncə ilə dəyərləndirə bilsək. Başqaları biz malik olduğumuz dəyəri aşılamaq üçün pəhləvanlara ehtiyac duyur, kimisə təhdid edirlər. Bizdə isə bu anadangəlmədir, xalqın özəl xüsusiyyətidir, DNT səviyyəsində vücudumuza həkk olub. Onlar yiyələnmək istəyirlər buna, biz isə necə olursa olsun ondan azad olmağa çalışırıq. Son illər ərzində "avropalaşma" adı ilə bu dəyərimizi xeyli əldən vermişik, hətta bəzən bizim ictimai nəqliyyatda da qolu zorbalı qaqaşa ehtiyac yaranır. Lakin yenə də, hələ tam itirməmişik ağsaqqala olan hörməti.

Axı niyə özümüz olmaq istəmir, niyə bu qədər dəyişmək, daha doğrusu isə kiməsə bənzəmək istəyir bəzi müasir gənclərimiz? Axı bunun sonu özəllyimizi, bizi digərlərindən fərqləndirən xüsusiyyətlərimizi itirilməsinə gətirib çıxaracaq. Hərçənd, bizi biz edən elə var gücümüzlə tarixin zibilxanasına göndərməyə cəhd göstərdiyimiz dəyərlərdir. Hansı xalqda nə görürük, dərhal boynumuza biçirik.

Gah toydan öncə bəylə gəlin min hoqqadan çıxır, bunu fotolentə köçürürlər, sonra da toy günü bütün qonaqlara nümayiş etdirib adını qoyurlar "Love story". Gah oğlan bir bölüklük adamı tökür küçələrə ki, bəs, mən şəhərin ortasında qıza eşqnamə oxuyacam, siz də bunu FB-də yayın. Gah KİV-də və sosial şəbəkələrdə "xoruzların" müdafiə kampaniyası keçirilir. Gah daha nə bilim nə... Ay millət, vallah, billah, bununla nə Avropada hörmətimiz artacaq, nə də müasirləşəcəyik. Əksinə, belə davam etsək, bir neçə onillikdən sonra amorf bir kütləyə çevriləcəyik. Adımız bəlkə də qalacaq - azərbaycanlılar, fəqət, artıq biz o biz olmayacağıq...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Cassious · 15 İyul 23:291027

    Siz ne qoyub ne axtarirsiz.Avropalawmagi bu cur ciliz weylerle muqayise edirsinizse size daha sozum yoxdu.Avropada olan medeniyyetin cox demirem 2% bizim cemiyyetde olsa siz deyen weyler hamisi duzelecek.kommentimi versez minnetdar olaram size.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 23:33221

    Bismilləhir rahmənir rahim. Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir, əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın, əbəttə, Allah ucadır, böyükdür! ▶ Nisa surəsi 34.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 23:33220

    ALLAHın izni ilə bu ayəni araşdıraq. Bəziləri elə bilirlər ki, İslam dinində kişi qadını döyməlidir. İnşaALLAH bu barədə ətraflı düşünək .... İmkanımız olduqu qədərdə yazarıq inşaALLAH

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 23:34230

    Bismilləh. Bu ayədə (onları) "döyün" kimi tərcümə olunan - واضربوهن - sözünə diqqət edək. Bu sözü əslində -▶ döyün ~çırpın ~ əzişdirin - kimi tərcümə etməməliyik . Belə bir tərcümə ayənin mənasına uyğun deyil ........... . Bir kişi qadının özbaşınalıq etməsindən qorxur deyə hələ qadın özbaşınalıq etdi demək deyil. Ola bilər ki, kişinin qorxmaq səbəbi qadında olsun, olmayada bilər.

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 23:34230

    Qeyd etdiyim sözü - ▶ " vurmaq " mənasında desək onda sual yaranır ki, - ▶ nə ilə ? Və necə ? Bəlkə kişi qadını balta ilədə vura bilər ???? Birdəfəlik qadından canını qurtarsın deyə ☺

    Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 11:56230

      Bismilləhir rahmənir rahim. Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); .......... . ▶ Nur surəsi 31.

      Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 12:16230

      Nur surəsinin 31ci ayəsində وليضربن kəlməsi - çəkmək - kimi tərcümə olunub.

      Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 23:36240

    Bismilləhir rahmənir rahim. (Ya Peyğəmbər !) Sən onlara o şəhər əhlini misal çək! O zaman ki, onlara elçilər gəlmişdi. ▶ Yasin surəsi 13.

    Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 11:57220

      Yasin surəsinin 13 ayəsində واضرب kəlməsi - çək - kimi tərcümə olunub.

      Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 12:18230

      Başqa ayələrdə yazmaq olar inşaALLAH .... Mənim çıxartdıqım nəticəyə görə qeyd etdiyim kəlməni - çəkmək kimidə tərcümə edə bilərik inşaALLAH ."Çəkmək" sözünü necə anlaya bilərik bəs ? Bir şeyi əvvəlindən tutub, uzatmaq müəyyən yerə kimi, bəlli olan yerdən gətirmək, məsafəni qət etmək, ........ kimi inşaALLAH

      Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 23:39240

    Nisa surəsinin 34 cü ayəsinə qayıdaq və davam edək ........... inşaALLAH

    Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 19:59220

      Nisa surəsinin 34 cü ayəsində əvvəl 1) - nəsiət edin - deyilir. 2) - yatağınızı ayırın. Ailədə 1) ▶ bir-birini anlayıb, başa düşmək olmursa, 2) ▶ sevgi yoxdursa ---- döyməklə vəziyyət düzələr ???? Qadını bərk döyməklə qadın çətin düzəlsin, əksinə vəziyyət daha pis ola bilər ....... Yüngül döymək yoldaşını anlayıb,sevməyən qadına necə təsir edə bilər ki ???? Normal olmayan, döyülmək istəyən qadında düzəlməyəcək ki, döyülsün ......... .

      Cavab yaz
    • Anonim
      مريم · 16 İyul 20:16210

      Bismilləhir rahmənir rahim. Bir qadın əgər öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. (Qadınlarla) əgər yaxşı davranıb (ALLAHdan) qorxsanız, (bilin ki,) ALLAH nə etdiklərinizdən xəbərdardır ▶ Nisa surəsi 128

      Cavab yaz
      • Anonim
        مريم · 17 İyul 19:04210

        Nisa 34 də kişi qadının özbaşınalıqından qorxurdusa ,Nisa 128 də qadın kişinin kobun rəftarından, üz döndərməsindən qorxar ( təbiiki ailəsinə dəyər verən qadın) ...... Bu ayələrdə kişinin və qadının fitrətlərindən deyilir...... . Kobud rəftar isə zülm etməkdən fərqlənir. "Döymək" isə Əərəb dilində başqa kəlmə ilə tərcümə olunur ....... .

        Cavab yaz
        • Anonim
          مريم · 17 İyul 22:11240

          Bir ailədə kişi qadından uzaqlaşsa sevmədiyini bildirər, ancaq kifayyət edirmi bu özbaşınalıqına davam edən qadına. Deyil ..... ! Özbaşınalıq edən qadın kişinin haqqına əməl etmir, ailə münasibətlərinidə təhlükəyə atır. Ancaq kişi dərhal boşanmamalı, ailəni qurtarmaqa çalışmalıdır. Və Nisa surəsinin 34 cü ayəsində deyilən üçüncü əməl ........ .

          Cavab yaz
        • Anonim
          مريم · 17 İyul 23:04230

          Özbaşınalıq edən qadın dəyərlidir yoxsa qurulan ailə ? Qurulan ailəni qurtarmaq, qadına təsir etmək üçün (üzərinə çəkib), yüngül vurmaq olar onu, yüngül ...... Məsələn, dəftər ilə ( mümkün qədər qalın dəftər olsun ☺ ). Kişinin uzaqlaşması təsir etməsə, üçüncü əməli qadını düşündürə bilər ki,yoldaşı nəinki onu sevmir, hətta acıqı gəlir ondan (özbaşınalıqına görə). Bəlkə qadın düzələr. Bu mövzuda çox yazmaq olar inşaALLAH ...... Hələki bu qədər.

          Cavab yaz
  • Anonim
    oxucu · 15 İyul 23:5200

    Hele innen belə baş verəcək bunlar?! Azı 20 il gec "oyanmısınız", eziz təəssübkeş vətəndaş. Yazığım gəldiyi də keçirdiyiniz hisslərdir: onları indi anlamağa çalışan yoxdur. Sərf eləmir!

    Cavab yaz
    • Anonim
      A.A.A · 16 İyul 07:13261

      Cassiousa- men basa dusmurem bu avropada ne medeniyyet var axi, insanin medeniyyeti onun davranisindadi, ali tehsilindedi, aileye qarsi qaygisindadi, hormetindedi, bulari ele ovropaya baxmadanda etmek olarda, avropada medeniyyet 18 yasindan sonra aileni terk edib musteqil yasamdi, 18 yasindan sonra hansi spirtli icki istedin icmekdi, bedenlerine doyme vurdurmaqdi, pirsinq kecirtmekdi, 18 yasinda artiq istediyin kimi geyinib disko barlara gedib oglanli qizli sehere kimi eylenmekdi hele men basqa seyleri demirem, budu avropa avropa, indi bilirem kimse yazacaqki avropanin yaxsi numunelerini goturek. Eyer avropanin bir balacada olsa yaxsi numunesi varsa oda olarda artiq itib gedir 21 esrde. Ona qalsa insanin medeniyyeti ailesinden gelir, insan ozu istese avropaya, ne bilim ona buna baxmadanda ali savadli, gozel exlaqa sahib ola biler.

      Cavab yaz
      • Anonim
        Stomatoloq · 16 İyul 12:5022

        Xahis editem serhimi verin

        Cavab yaz
      • Anonim
        Cassious · 16 İyul 13:52233

        siz medeniyyet deyilende yazdiginiz weyleri bawa duwursunuzse daha size sozum yoxdu.Medeniyyet siz deyen weyler deyil.Medeniyyet yoldu,temizlikdi,daniwiq terzidi,kitab oxumaga olan hevesdi,ve s.Daha burdaki kimi tinde durub tesbeh firlatmaq kiminse daliyca daniwmaq deyil.Biraz arawdirmaci olun.bu qeder dar duwnceli olmuyin.

        Cavab yaz
  • Anonim
    Mzfan · 16 İyul 00:3500

    Mən bir Pakistanlı qızla yazışıram..Ona Azərbaycanda yaşadığımı yazdım..qızsa mənə Azərbaycan Türkiyədə yerləşir ora haradır yazdı)))inanın nə qədər utandım..görün biz nə qədər geridə qalmışıq))

    Cavab yaz
  • Anonim
    Stomatoloq · 16 İyul 12:4640

    Xahish edirik xeberin asaqisindaki reklami yiqisdirin.ayibdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.