Cəmiyyət

Təhrif olunmuş Quran çap edilib?

15 İyul 2017 20:15
15 Şərh     Baxış: 1 697

Küveytdə təhrif olunmuş Quran çap edilməsi barədə yayılan şayiə doğrudurmu?

Qurani-Kərim müsəlmanların müqəddəs kitabıdır. Quranın özündə buyurulduğu kimi, bu kitab qiyamətə kimi təhrifdən uzaq olacaq: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!" (Hicr, 9). Əsrlər boyunca İslam dininə düşmən olan qüvvələr tərəfindən Quranı təhrif etmək cəhdləri olsa da, bu cəhdlərin üstü tezliklə açılmışdır. Qurani-Kərim müsəlmanların arasında həm yazılı, həm də şifahi şəkildə o qədər geniş yayılmışdır ki, onu müsəlmanlardan xəbərsiz təhrif etmək mümkün deyildir. Xüsusilə, rabitə və kommunikasiyanın inkişaf etdiyi müasir dövrdə bu, qeyri-mümkündür.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quranın təhrif olunmuş nüsxələrinin guya müsəlman ölkələrinin birində (Küveytdə) çap edildiyi barədə, istər sosial şəbəkələrdə, istərsə də whatsapp-da yayılan xəbərlər şayiədən başqa bir şey deyildir. İndiyə kimi həmin Quranın bircə nüsxəsi və bircə səhifəsi də ortaya çıxmamışdır. Ehtimal edirik ki, bu cür şayiələrin yayılmasının səbəbi müsəlmanlar arasında qarışıqlıq yaratmaq və Qurani-Kərimə olan etimadı zəiflətməkdir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

15 Şərh:

  • Anonim
    MEN · 15 İyul 20:2601

    SIZIB BASHUNUZ XARAB OLUB

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 20:50241

    TƏCİLİ XƏBƏR ! Allah bizə yetər. O nə gözəl Himayədardır. ABŞ Qurani Kərimin təhrifi ilə məşğul oldu və "Vəhdət" adlı yeni bir kitab çıxartdı. Hansı ki bu kitab hal hazırda Küveytdə pulsuz paylanılır və ola bilsin ki bizə də gəlib çatsın. Bütün müsəlmanlardan xahiş edirəm ki, Allahın Kəliməsinin uca olması üçün bu xəbəri yayaraq dinimizə yardım edək. Əgər yenə kimsə bu xəbərin doğruluğuna şübhə etsə, Google-un axtarış bölməsində "Quran Vəhdət" (ərəbcə) yazıb bu xəbərin doğruluğuna əmin ola bilər. Xahiş edirəm bu mesajı bütün doğmalarınıza, yaxınlarınıza, dostlarınıza və tanışlarınıza göndərin ki, Qiyamət günü > sorumluluğunu daşımayasan. Və Allah Subhanə va Təala buna görə sizi gözəl bir şəkildə mükafatlandırsın.

    Cavab yaz
    • Anonim
      .. · 15 İyul 22:12160

      Salam.Cox wukur ki,sizler varsiniz.Bizleri xeberdar edirsiniz.Allah bunlarin kokunu kessin.

      Cavab yaz
      • Anonim
        Muherrəm · 15 İyul 23:17160

        Aleykum salam hörmətli bacım.Həmd olsun Allaha ki sizlərdə varsınız. Amin ya Rəbbəl Aləmin

        Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 20:50240

    Bu xəbəri təcili olaraq maksimum sayda insanlara yayın. Xəbərdarlıq edin ki, " Qurani Kərimin " yalnız kitab variantını oxusunlar. Və Səudiyyə Ərəbistanında ( Mədinə çapı ) çap olunmuş kitablardan başqa heç bir versiya və heç bir mətbəə çapı oxumasınlar. Ona görə ki, İnternetdə Qurani Kərimin təhrif olunmuş variantları yayılıb. Bu mesajı oxuyan heç kəs özünə bəraət qazandıra bilməz ki o bu haqda eşitməyib və bilmirdi. Çünki bu xəbər sizə çatdı. Diqqətli olun! Şəbəkələrdə Qurani Kərim proqramları yayılıb. Lakin onların əksəriyyətində təhriflər var. Ey Müsəlmanlar! O Gün ki, Rəbbimiz bizdən " öz dinin üçün nə etdin " deyə soruşduqda biz " mən onu qorudum " deyə cavab verə bilək. Bu mesajı hər kəsə yayın! Allah sizi xeyirlə mükafatlandırsın! Ey Rəbbimiz həqiqətən də mən bu xəbəri insanlara çatdırdım.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 20:55380

    Bəli yuxarda və məqalədə də deyildiyi kimi guya Quranı təhrif edib yaymağa başlayıblar. DİQQƏT: Amma yuxarda göndərdiyim şərhi diqqətlə oxusanız görərsiniz ki bu fitnəkar azğın quduzlasmis yəhudi əsilli VƏHABİLƏRİN işidir. Diqqətlə oxuyun və nəticə çıxarın ey müsəlmanlar orda deyilir ki Quranı Kərimin Səduyyə Ərəbistanında olan caplarini oxuyun. Sizcə bu kəlmə sizə nə deyir. Allah ağıllı möminləri sevir. BELƏ SEYLƏRƏ İNANMAYİN !!!!!

    Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 21:19300

      Bəli, ağıllı möminləri. Diqqətli olmalıyıq inşaALLAH

      Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 20:59350

    Bu paylawimi ona gore paylawiram ki, ABŞ Qurani Kərimi dəyişdi və s. Bu cür şablon və boş yayımları nə paylaşasız, nə də inanasız. Sizə də belə mesajlar gəlsə bunu götürün cavab olaraq o insanlara göndərin ki, hər kəs məlumatlı olsun Eziz Qardaş ve Bacılarım, Qur'anın Təhrifi ilə bağlı yayılan Xəbər Küfürdü Bu Meqale Kafirler terefinde yazılan bir meqaledi ki, Ümmet Küfre düşsün, Yanı camaat ele başa düşsünki, Qur'anı Tehrif etmek olar, Bu Meqale Însanları Küfre salmaq üçün yazılıb, Kafirlər Müsəlmanların Îmanını yoxlamaq üçün yaydığı şayədi, buna aldanmayın, Qur'an nece deyişile biler axı Aye var.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 20:59340

    Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. Fusilet, 42. Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, kafirlər onun barəsində anlaşılmaz bir şübhə içindədirlər. Fusilet, 45. Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. Hicr suresi, 9.

    Cavab yaz
  • Anonim
    Jur · 15 İyul 21:01050

    Ey insanlar elmlə məşğul olan çünki elim insanları irəli aparır. Din isə insanları geri aparır şəriyət cahiliyətdən qalma qorxu və güc üzərində qurulan idarə usuludu başqa heçnə

    Cavab yaz
    • Anonim
      Muherrəm · 15 İyul 21:06431

      Bədbəxt sən nə bilirsən elm nədir. Hansı elmin sahibisən ??? Yaz hələ. Gic-gic öz səviyyəndə papuqay kimi iki cümlə oyrənmisən hara gəldi yazirsan. Çoxda o kletkadan. Çıxa bilmirsənsə heç olmasa sənə rasotkanin qapısını açıb yemək verəndə qac canını qurtar. Yoxsa belə məhv olub gedəcəksən.

      Cavab yaz
    • Anonim
      Muherrəm · 15 İyul 21:11341

      "Özünü azdıran kəs başqasını necə hidayət edə bilər ?!" İmam Əli (ə) Ğurarul-Hikəm, səh 517. PS: SƏNƏ AİDDİR AY BƏDBƏXT JUR.

      Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 21:16351

    Qur'anımız Allahın gözəl sifətlərindən (Fatihə surəsi) başlayıb insanda (Nas surəsi) bitir. Bir sözlə: Qur'anımız Rəbbimizdən başlayıb insanlarda bitən mesajdır.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 15 İyul 21:19461

    Müsəlmanlar müxtəlif irq, qövm və məzhəblərə malikdir. Onların düşmənləri də elə irq, qövm və məzhəb ixtilaflarını üzə çıxararaq müsəlmanları bir-birinin canına salıb müsəlmanların həqiqi düşmənlərindən qəflətdə qalmasına səbəb olublar. Düşmənlər harada irqçilik lazımdırsa, irqçiliyi üzə çıxarırlar, məs: harada məzhəbçilik fitnəyə səbəb olursa, orada qövmçülüyü alovlandırmırlar. Çünki düşmən özünü hədər yerə yoran və özünə hədər yerə ziyan vuran birisi deyil. Bir sözlə, düşmən bilir harada nəyi alovlandırmaq lazımdır. Bir də görürsən ki, eyni bir yerdə həm qövmçülük, həm məzhəbçilik və həm də irqçiliyi alovlandırırlar. Belə bir fitnə müsəlmanların ən nadan yerində baş verə bilər. Nahaqqın əlində olan ən böyük silah haqq tərəfində olanların daşıdıqları nadanlıqdır ! AYİQ OLMAQ LAZİMDİR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.