Cəmiyyət

Ələt-Astara yolunda ağır qəza: 4 ölü, 3 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

13 İyul 2017 09:51
5 Şərh     Baxış: 5 945

09:51

Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında xəsarət almış şəxslərdən daha bir ölüb.

Milli.Az report.az-a istinadən bildirir ki, Abdullayev Azad Vəli oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı dördə çatıb.

---------

09:15

Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.

Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdiirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. Onların adı hələ ki məlum deyil.

XXX

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.
 
Milli.Az-ın nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.

----------

09:13

Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.

Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdiirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. 

07:55

Səhər saatlarında saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərdən 2-sinin şəxsiyyəti müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

05:01

Bakının Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn "Mercedes" markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb.
Mikroavtobusun sürücüsü Elturan Fərəcov "Report"a bildirib ki, nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub:
"Sərnişinlərdən 3-ü ölüb. 4 nəfər, həmçinin bir qadın və onun övladı ağır vəziyyətdə Ələt qəsəbəsindəki xəstəxanaya aparılıb. Avtobusdakıların hamısı qohum idi, Dağıstan Respublikasının Xasavyurt şəhərinə işləməyə gedirdilər. Mənimlə yanaşı daha bir kişi sərnşin xəsarətsiz ötüşüb. Onların hamısı Astaradandır".
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ələt-Astara yolunda ağır qəza: 4 ölü, 3 yaralı

Ələt-Astara yolunda ağır qəza: 4 ölü, 3 yaralı - 1

Ələt-Astara yolunda ağır qəza: 4 ölü, 3 yaralı - 2

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Azad · 13 İyul 09:3400

    Astara

    Cavab yaz
  • Anonim
    $.$.$. · 13 İyul 09:4410

    asta sur, həmişə sur. suruculər bilə bilə özlərini ölumə atır. olmaz belə. sizi evdə gözləyən ailəniz valideynləriniz var axı .

    Cavab yaz
  • Anonim
    Jale · 13 İyul 11:5930

    Gece vaxti yola chixmaq agilsizliqdir. Chixmisansa, chox ehtiyyatla ve adam kimi sur. Bashibosh surucunun ucbatinda neche aile bedbext oldu. Yaziqlar ishlemeye gedirlermish.. Allah rehmet elesin!

    Cavab yaz
  • Anonim
    Azerbaycanli · 13 İyul 16:3510

    Allah rehmet etsin,cox agir hadisedir,yaxinlarina Allahdan sebr.

    Cavab yaz
    • Anonim
      emil · 13 İyul 19:5310

      inaninki o mersedes markali mikroavtobusun surreti 150 olub

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.