Cəmiyyət

Lalə Məmmədovadan həmkarına: "Fikrin, zikrin soyunub, bədənini göstərməkdir" - FOTO

14 İyul 2017 21:14
0 Şərh     Baxış: 7 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova Milli.Az-a müğənni adına ləkə gətirənlərdən danışıb.

Əməkdar artist açıq-saçıqlıqla gündəmə gələn həmkarlarını sərt tənqid edib.

"İnsanın ilk növbədə sənəti olmalıdır. Hansısa bir model soyunursa, bu onun işidir. Əcəb də edir. Ona mən müdaxilə edə bilmərəm. Soyunursan soyun, amma bu işləri "mən müğənniyəm" adı altında etmə. Mən də sənətçiyəm, sən də. Mən də eyni səhnəyə çıxıram, sən də. Mən sənətimə bu cür məsuliyyətlə yanaşıram, amma sən heç bilmirsən nə oxuyursan. Fikrin, zikrin soyunub bədənini nümayiş etdirməkdir. Mənim üçün səhnə müqəddəsdir. Sənətin adını bu cür nalayiq hərəkətlərlə batırmaq olmaz. Biz illərimizi sənətə veririk, sənin isə sənətdən xəbərin yoxdur", - deyə müğənni bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.