Cəmiyyət

Biz dinə əməl etməyən müsəlmanlarla necə rəftar etməliyik?

13 İyul 2017 23:40
1 Şərh     Baxış: 939

Hər şeydən əvvəl qeyd edək ki, insanlara həqiqətləri izah etmədən müşrik damğası vurmaq düzgün deyil! Bizim digər insanları müşrik olanlar və olmayanlar kimi iki yerə ayırıb, qruplaşdırmağa həm haqqımız yoxdur, həm də ixtiyarımız!

Bizim borcumuz budur ki, nə qədər bacarırıqsa, həqiqətləri özümüz anlayaq, tətbiq edək və başqalarına izah edək. Bundan sonrakı mərhələdə nə baş verəcəksə, insanların özlərindən asılıdır. Yəni, seçim etmək hər kəsin öz işidir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bayramlarda bayramlaşmaq da daxil olmaqla, bütün münasibətlərimizi davam etdirməliyik. Bu əlaqələr bizim imanımıza heç vaxt xələl gətirməz. Qeyd etdiyiniz insanlarla görüşüb, söhbət etməyinizin, eləcə də, oturub durmağınızın dini cəhətdən bir eybi yoxdur. Onları öz evinizə də dəvət edə bilərsiniz. Sadəcə olaraq başqa cür düşünüb, başqa cür inandıqlarına görə onlara xor baxmağınız düz deyil. Axı Allah Təala insanları inanıb inanmamaq məsələsində azad buraxıb!

İmana xələl gətirib, ziyan vuran münasibətlər müsəlmanlarla döyüşən, onları yurd-yuvalarından qovub, çıxardan və onlara kömək edib, dəstəkləyənlərlə olan münasibətlərdir. Bu məsələlər bizim üç qırmızı xəttimizdir. Bu xətti (sərhəd, hədd) keçməyənlər müsəlman olmasalar belə, onlarla yaxşı münasibətlər qurmalıyıq. Allah Təala Qurani-Kərimdə belə buyurur:

"Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır". (Mumtəhinə, 60/8-9)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Öz · 14 İyul 21:2700

    Ərəb şəriyəti ərəb adət ənənəsi ərəb mədəniyəti olan Məhəmmədin yaradıqı dinə görə öldürməliyiy və yaxud kölə halna salmalıyıq fidyə (yəni pul qızıl) muqavilində azad edməliyiy.və yaxud ciziyə yəni can vergisi almalıyıq çünki müsəlman deyil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.