Cəmiyyət

İslam dinində saqqal saxlamaq barədə nə deyilir?

13 İyul 2017 21:40
4 Şərh     Baxış: 1 142

Allahın elçisi Məhəmməd peyğəmbərdən bu məsələ ilə əlaqədar olaraq nəql edilən hədis rəvayətləri belədir:

"İbn Ömər (r. a.) deyir: "Rəsulullah buyurdu ki, bığlarınızı qırxın, saqqallarınızı isə sərbəst buraxın".

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, Səhiheynin (Səhihi-Buxari və Səhihi-Müslim) bir rəvayətində belə deyilir: "Bu əməllər fitrətdəndir: Qasıqların qırxılıb təmizlənməsi, dırnaqların kəsilməsi və bığların qırxılması".

Başqa bir rəvayətdə isə: "Müşriklərə qarşı müxalif olun, saqqallarınızı uzadın və bığlarınızı kəsin", - deyə buyurulur.

Həzrəti Aişə (r. a.) nəql edir:

"Rəsulullah buyurdu ki, bu on şey fitrətdəndir: Bığı kəsmək, saqqal saxlamaq, misvak, istinsak (buruna su çəkmək), məzməzə (ağıza su çəkmək), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, qasığı qırxmaq, istinca etmək".

Bu hədislərə əsasən alimlərin bəziləri saqqal saxlamağı vacib hesab edirlər. Bəzi alimlər də belə hesab edirlər ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) hamının saqqal saxladığı və saqqalla bığın bir-birinə qarışdığı Ərəb cəmiyyətini bu barədə necə deyərlər, nizamlamaq istəyib. Belə düşünən alimlərin fikrincə bu, dindən deyil, adət-ənənədən irəli gəlir.

Hər iki qrupa daxil olan alimlərin haqlı dəlilləri olduğuna görə peyğəmbərimizin özünün saqqal saxlamasını nəzərə alıb saqqal saxlamağın sünnə (müstəhəb) olduğunu demək də olar. Siz isə hədislərə baxın və öz seçiminizi edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ...Pozıtıv Olun... · 13 İyul 22:28101

    Saqqal ferzdı.Tekce ıslam dınınde yox,dıger dınlerdede beledı

    Cavab yaz
  • Anonim
    Mugerrem · 13 İyul 22:5817

    Elhemdullah xnali saqqalim var etaga

    Cavab yaz
    • Anonim
      · 13 İyul 23:5204

      Esterfurillah.sen uje xinali saqqalivi reklam edirsen atam.

      Cavab yaz
  • Anonim
    Elşən · 14 İyul 00:26015

    Saqqalın imana dəxli olsa idi,hər şey tam başqa olardı,əzizlərim...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.