Cəmiyyət

Qəbul olmayan tövbə

13 İyul 2017 19:40
9 Şərh     Baxış: 799

Həzrət Əba Abdullah (ə) nəql edir: "Keçmiş zamanlarda bir kişi vardı ki, dünyanı halal tərəfdən axtarır və onu əldə edə bilmir. Sonra haram tərəfdən axtarır və yenə də əldə edə bilmir. Şeytan (lən) onun yanına gəlir və deyir: "Ey filankəs! Dünyanı halal və haram yolla istədin və ona çatmadın. İndi istəyirsənmi ki, səni elə bir şeyə hidayət edim ki, dünyan abad olsun?".
O kişi deyir: "Bəli".
Şeytan deyir: "Yeni din ixtira et və insanları ona dəvət et".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, o kişi elə də edir və insanları dəvət edir. İnsanlar da onun dəvətini qəbul edirlər və ona itaət edirlər. Bir qədər keçir, o kişinin dünyası abad olur və çoxlu sərvət nəsibi olur. Lakin qəflətən özünə gəlir və deyir: "Bu din ki, ixtira edib insanları ona dəvət etmişəm, onun üçün tövbə görmürəm. Məgər o halda ki, yolundan azdırdığım insanların sorağına gedəm və onları dəvət etdiyim bu dindən qaytaram".
Ona görə də səhabələrinin yanına gedir və deyir: "Sizi dəvət etdiyim şey batildir. Mənim özüm onu düzəltmişəm, Allahın dini deyildir".
Onlar deyirlər: "Yalan deyirsən, haqq elə odur. Sən dinində şəkk edirsən və ondan dönmüsən".
Kişi halı belə görəndə bir zəncir tapır və ona mismar vurur. Zənciri boynuna salıb mismarı da torpağa vurur. Deyir: "Zənciri boynumdan açmayacağam o zamana qədər ki, Allah tövbəmi qəbul etsin".
Allah da həmin dövrün peyğəmbərinə vəhy edir ki, o şəxsə de: "İzzət və Böyüklüyümə and olsun ki, əgər Məni o qədər çağırsa ki, sümüklərinin hissələri bir-birindən ayrılar, cavabını vermərəm, məgər o halda ki, bütün o kəslər ki, onun dini ilə dünyadan gediblər dirilsinlər və onları batil dindən geri döndərsin". (Həvzəh)
Allah Təala bizləri Onun yolundan sapmaqdan Özü qorusun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Bawa duwmedime · 13 İyul 20:4500

    Kim deyir boyuklerime and olsun? ALLAH deyir? Ondan boyuyu varki?Sumuklerimin hisseleri bir birinden ayrilari kim deyir? Men tupoyu bir bawa salan tapilsa yazsinda , yoxsa hec zad qanmadim

    Cavab yaz
    • Anonim
      مريم · 13 İyul 21:4600

      Böyüklərimə yox, 20:45, izzət və böyüklüyümə ..... ! Siz inanıram ki, anlaya bilərsiniz inşaALLAH ,diqqətlə oxuyun .... ☺

      Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:4900

    O qədər çağırsa ki, ölüb, sümüklərinin hissələri bir - birindən ayrılar - ölənə qədər çağırsa - da deyə bilərik yəqin inşaALLAH .

    Cavab yaz
    • Anonim
      He? · 13 İyul 22:2200

      Cox saq olun! Indi catdi ,diqqetsizlik elemiwem, baquwlayin. Allah bizi tovbesi olmayan gunahlardan qorusun

      Cavab yaz
      • Anonim
        مريم · 14 İyul 16:0100

        Eybi yox ☺ Ola bilər insan bəzən diqqətsiz. 22:22, amin.

        Cavab yaz
  • Anonim
    Muslim · 17 İyul 10:3000

    İnsan nə cür günah edirsə etsin, istənilən kəsin tövbəsini Allah qəbul edir. O çox Bağışlayandır, tövbələri qəbul edəndir. Bunun Quranda 10-larla dəlili var. Onlardan bəziləri: Bəqərə 160: Yalnız tövbə edənlər (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! Bəqərə 222: Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. Ali İmran 89: Bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. Nisa 17 : Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Maidə 39: Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Hə-­qiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

    Cavab yaz
  • Anonim
    Muslim · 17 İyul 10:3600

    Allahın tövbəni qəbul etmədiyinə dair bircə dəlil gətirin. Əgər gətirə bilmirsizsə boş-boş sözlərdən, iddialardan əl çəkin. Ənam 21: Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

    Cavab yaz
  • Anonim
    Teatr · 17 İyul 10:5000

    Əba Abdullah gopa basır. Başını buraxın. Allah tövbələri qəbul edəndir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.