Cəmiyyət

Allahın təqdirinə razı olmaq nə deməkdir?

13 İyul 2017 21:10
10 Şərh     Baxış: 590

Allahın təqdirinə razı olmaq dedikdə, müşkül və çətinlik zamanı, xəstəlik zamanı gileylənməmək və İlahi hikmətə etimad etmək nəzərdə tutulur.

O zaman ki, insan zahirdə xəstəliyə nəzər salır, ağrı və əziyyətdən başqa bir şey görmür. Ancaq o zaman ki, Quran ayəsinə və hədislərə nəzər salırıq, görürük ki, xəstəlik də belə, Allahın insana əta etdiyi nemətlərdəndir. Eləcə də, əgər iqtisadi çətinliklərimiz, hansısa müşküllərimiz varsa, bunların hamısı İlahi hikmət üzərindən baş verər. Ona görə də narazılıq yerinə, onunla barışmaq və razı olmaq - daha bəyənilən əməllərdən hesab olunur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əlbəttə, bu, o demək deyildir ki, insan ruzi qazanmaq üçün heç bir səy göstərməsin və desin ki, Allah belə təqdir etmişdir. Xeyr, insan gərək əlindən gələni etsin və nəticəsinə görə isə Allaha təvəkkül etsin.
"Mal və övladlar - dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir". ("Kəhf" 46).
İlahi təqdirə razı olmağın nəticələri nədir?
1. Aramlığa çatmaq. Aramlıq və ruhi rahatlıq hissi ən üstün mənəvi fəzilətlərdən hesab olunur. O kəs ki, başına gələnləri İlahi təqdir hesab edər - artıq heç bir şeyin qəmini yeməz və ruhi rahatlıq əldə edər.
Çünki Allahın Müdrik olduğuna etimad edər. İmam Əli (ə) buyurur: "Hər kim Allahın ruzisinə şad olar, əldən verdiklərinə görə qəm yeməz". Ona görə də Quran buyurur: "Məgər Allah, bəndəsin(in işlərin)ə kifayət deyil?!". ("Zumər" 36).
2. Duaları yerinə yetər. İmam Həsən Müctəba (ə) buyurur: "Mən o kəs üçün ki, qəlbinə (Allah) razılığından başqa bir şey düşməz, zəmanət edirəm ki, Allahı çağırar və duası yerinə yetər".
Allah Təala Davud (ə) peyğəmbərə buyurur: "Sən istəyirsən və Mən istəyirəm. Və o şey ki, həyata keçər - Mənim istəyimlədir. Ona görə də əgər Mənim istəyim qarşısında təslim olarsan, sənin istəyini yerinə yetirərəm. Əgər Mənim istəyimə təslim olmasan, o şeyi ki, istəyirsən - səni onun (yolunda) əziyyətə salaram. Sonda da Mənim istəyimdən başqası həyata keçməz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    مريم · 13 İyul 21:1900

    Suallarımı bir daha xatırladım inşaALLAH ▶ ❓❓❓❓ ☺

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2100

    Nə oldu,yenə yoxa çıxdılar ?????? ☺ O a niki və onun kimilər niyə demədilər Abu Bəkrin xəlifəliyə layiq olmasını təsdiq edən Quran ayəsi ?????? Özünün yazdıqı kimi Abu Bəkrin xəlifə olması təklif idi ki, layiq olanı təklif etmirlər ....... !!!!! Abu Bəkr, Ömər, Osman heç bir fayda (maddi-mənəvi) əldə etmədilərsə niyə xəlifə oldular ????? ALLAHın razılıqını qazanmadılarsa niyə xəlifə oldular ???? Yox əgər ALLAHın razılıqı var idisə ayə deyin ..... !!!!! Axı ALLAHın seçdiyi bəndələr Onun razılıqını istərlər ..... !!!!!!!!

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2200

    O kəslər ki, deyirlər ancaq ALLAHdan nəisə istəmək lazımdır ..... , niyə - Yaqubun (ə) oğlanları ondan (ə) ALLAHa dua etməsini istədilər ???? Özləri edərdilərdə, axı ALLAH insana şah damarından yaxındır ..... !!!! Niyə Yaqubun (ə) gözləri Yusifin (ə) köynəyi dəyəndə açıldı ???? Özü (ə) peyğəmbər olaraq dua edə bilməzdi ????? Niyə ALLAH tərəfindən seçilmiş birinin köynəyi ???????

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2200

    Bismilləhir rahmənir rahim. - (Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi). - (Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!” ▶ Yusuf surəsi 84 -85.

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2300

    Niyə Yaqub (ə) Yusif peyğəmbərin (ə) ölmədiyini bilib, bu qədər qəmdən ağlayırdı ????? O (ə) hətta ALLAHın Yusifi (ə) seçdiyini və bu işin gözəl nəticələnəcəyini bilirdi. Niyə ağladı ? Üsyan etdimi yoxsa bir Peyğəmbər (ə) ? Axı o (ə) səbr etməyi seçdi ...... !

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2300

    Bismilləhir rahmənir rahim. - (Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. - ( Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” ▶ Yusuf surəsi 5 - 6.

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2400

    Bismilləhir rahmənir rahim. (Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm! ▶ Yusuf surəsi 86.

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2400

    Bismilləhir rahmənir rahim. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” ▶ Yusuf surəsi 18.

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2400

    Şiələrin İmam Hüseyn (ə) üçün ağlamaqlarını şirk, nöqsan bilənlər bacarırlarsa cavab versinlər .... !!!!!!

    Cavab yaz
  • Anonim
    مريم · 13 İyul 21:2500

    Bismilləhir rahmənir rahim. Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır. ▶ Yusuf surəsi 7 .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.