Cəmiyyət

Sui-zənnin insan üçün 9 ziyanı

13 İyul 2017 23:45
24 Şərh     Baxış: 1 226

Sui-zənn və bədgümanların kökü insanın cahilliyində və tez qərar verməsindədir. İnsanın həqiqətdən agahlığı olmadığı üçün sui-zənn edər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu zaman da şeytan (lən) fəaliyyətə başlayar və vəsvəsə edər.

Sui-zənn - əxlaqi rəzil sifətlərdəndir ki, dinimiz onu məzəmmət edir.
Çünki sui-zənn özü ilə çoxlu ziyanlar gətirər. O cümlədən:
1. Günaha səbəb olar. Sui-zənn günah üçün şərait yaratdığı üçün Allah Təala bir çox ayələrində ondan uzaq olmağı tövsiyə edərək buyurmuşdur: "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır". ("Hucurat" 12).
2. İman üçün təhlükədir. Sui-zənn ictimai rabitələri aradan apara bilir və möminlər arasında olan qardaşlıq bağlarını qıra bilir. "Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də(bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz". ("Hucurat" 10).
3. Yalandır. Sui-zənn - yalanın bir növüdür. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, qorxu, simiclik, hərislik - bir sifətdirlər ki, bədgümanlıq onları hazır etmişdir".
4. Məzəmmət edər. Sui-zənn edən insan başqalarını həmişə məzəmmət edər. Çox təəccüblüdür ki, özümüz zəif tərəflərimizi bildiyimiz halda, özümüzü məzəmmət etmirik. Ancaq başqaları haqqında məlumatımız olmadığı halda, sui-zənn etdiyimiz üçün onu rahat məzəmmət edə bilirik.
5. Etimadın aradan getməsi. Sui-zənn böyük ictimai nemət olan etimadı aradan aparar və rabitələrdə böhran yaradar. İmam Əli (ə) buyurur: "Ən pis insan o kəsdir ki, bədgümanlığına görə heç kəsə etimad etmir. Başqaları da pis əməllərinə görə ona etimad etmirlər".
6. Sülhün aradan getməsi. Sui-zənn bir xora kimi insanı içdən yeyər və barışmaq üçün yer qoymaz. Bu cür insan kini özündən uzaqlaşdıra bilməz. İmam Əli (ə) buyurur: "Hər kimə bədgümanlıq hakim olar, heç bir dostla barışmaq üçün yer qoymaz".
7. Dostlarını əldən verər. İmam Əli (ə) övladına belə tövsiyə verir: "Bədgümanlıq səni ürəyi yanan dostdan məhrum etməsin".
8. Ani ölümə səbəb olar. İnsanın qəti və qəti olmayan əcəli olar. Qəti olmayan əcəlin insanın əməlləri ilə sıx rabitəsi vardır. Sileyi-rəhm, yaxşı əməllər və sədəqə onu təxirə sala bilir. Əksinə bədgümanlıq, şəkk əhli olmaq onu tezləşdirə bilir.
9. Həqiqətləri dərk edə bilmir. Bədgüman olan insan həqiqətlərdən uzaq olar və onu dərk edə bilməz. Allah Təala Quranda da bu həqiqətə işarə edərək buyurmuşdur: "Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir. Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar. Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə". ("Duxan" 8-10).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

24 Şərh:

  • Anonim
    مريم · 14 İyul 21:46160

    Bismilləhir rahmənir rahim. Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir, əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın, əbəttə, Allah ucadır, böyükdür! ▶ Nisa surəsi 34.

    Cavab yaz
  • Anonim
    مريم · 14 İyul 22:03170

    ALLAHın izni ilə bu ayəni araşdıraq. Bəziləri elə bilirlər ki, İslam dinində kişi qadını döyməlidir. İnşaALLAH bu barədə ətraflı düşünək .... İmkanımız olduqu qədərdə yazarıq inşaALLAH .

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 14:15150

    Bismilləh. Bu ayədə (onları) "döyün" kimi tərcümə olunan - واضربوهن - sözünə diqqət edək. Bu sözü əslində -▶ döyün ~çırpın ~ əzişdirin - kimi tərcümə etməməliyik . Belə bir tərcümə ayənin mənasına uyğun deyil ........... . Bir kişi qadının özbaşınalıq etməsindən qorxur deyə hələ qadın özbaşınalıq etdi demək deyil. Ola bilər ki, kişinin qorxmaq səbəbi qadında olsun, olmayada bilər.

    Cavab yaz
  • Anonim
    Meherreme · 15 İyul 16:42141

    Ayib olsun utanmir qizarmir butun sehifeleri zebt edib ar olsun !

    Cavab yaz
  • Anonim
    Meherreme · 15 İyul 16:42024

    Ar olsun

    Cavab yaz
  • Anonim
    Meherreme · 15 İyul 16:42030

    Ayib olsun

    Cavab yaz
  • Anonim
    Meherreme · 15 İyul 16:43026

    Utanmaz

    Cavab yaz
    • Anonim
      Muherrəm · 15 İyul 18:05320

      Nə olub sizə niyə mənə yazırsız ki ayıb olsun??? Sizə nəsə pis bir şey yazmısamki ???? Nə qədər boş yer var səhifə var sizdə yazın da öz bildiklərinizdən.

      Cavab yaz
      • Anonim
        مريم · 15 İyul 18:21280

        Onlar nə yazsınlar axı ? Nə bilirlər ki ? Onların dərdi yazmaq deyil, paxıllıq + həsəd + qəzəb + ..... dir.

        Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 17:44250

    Qeyd etdiyim sözü - ▶ " vurmaq " mənasında desək onda sual yaranır ki, - ▶ nə ilə ? Və necə ? Bəlkə kişi qadını balta ilədə vura bilər ???? Birdəfəlik qadından canını qurtarsın deyə ☺

    Cavab yaz
  • Anonim
    مريم · 15 İyul 18:03250

    16:42 + 16:43, sizin özünüzə ar və ayıb olsun !!!! Utanmazda siz özünüzsünüz !!!!! Burda yazan isə mənəm ▶ Məryəm. Belə yaxşıda edirik yazırıq inşaALLAH .Bütün səhifələrdə yazdıqlarımız sizi niyə bu qədər narahat edir ????? Həsəddən,paxıllıqdan, əsəbdən, ..... özünüzə yer tapa bilmirsiniz ???? Nə yaxşı ☺ Betər olun inşaALLAH

    Cavab yaz
  • Anonim
    Meryeme · 15 İyul 18:17026

    Ayib olsun !

    Cavab yaz
  • Anonim
    Meryeme · 15 İyul 18:17025

    Ar olsun !

    Cavab yaz
  • Anonim
    Meryeme · 15 İyul 18:18025

    Ar olsun

    Cavab yaz
    • Anonim
      Muherrəm · 15 İyul 18:29350

      Yenə nə olub sənə mitinqdəsən elə bil Kimə gəldi ar olsun deyirsən. Azadlig meydanindasan yoxsa matadromda ????))))

      Cavab yaz
      • Anonim
        مريم · 15 İyul 18:33270

        ☺ Hamısı dərddəndir.

        Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 18:30270

      18:17 + 18:18 , sizin vəziyyətiniz yaxşı deyil ...... ☺ Mənfi duyğularınız sizi nə hala salıblar.

      Cavab yaz
  • Anonim
    Meryeme · 15 İyul 18:19026

    Utanmaz

    Cavab yaz
  • Anonim
    Meryeme · 15 İyul 18:19026

    QiZarmaz

    Cavab yaz
    • Anonim
      مريم · 15 İyul 18:35281

      Başqa sözünüz, 18:19 ????? ☺

      Cavab yaz
    • Anonim
      Meryeme · 15 İyul 18:49027

      Eski parcasini basina kavraliti bedenine ))

      Cavab yaz
      • Anonim
        Mehemmede · 15 İyul 19:25056

        Ayib olsun

        Cavab yaz
        • Anonim
          Muherrəm · 15 İyul 19:31520

          Sənin haran ağrıyır ??? Dərdin nədir?? Az zarilda burda. Get özünü həkimə göstər. Amma həkimə demə mənə kömək et yoxsa vəhabilər deyər sən sirk etmisən başını kəsərlər. Di tez yolun qırağı ilə düz xəstəxanaya.

          Cavab yaz
      • Anonim
        مريم · 15 İyul 19:26350

        Mən niyə dini səhifələrdə rəy yazıram ? Çünki mənə xeyri var inşaALLAH -▶ xatırlayıram, düşünüb, araşdırıram, elmimi artırıram inşaALLAH , ...... .Sizin kimilər təki nəisə yazasınız deyə özünüzə uyğun səviyyəsiz rəylər göndərirsiniz. Mən isə hələ çox şey yazmalıyam ...... inşaALLAH ,ona görə sizə cavab yazmaqa davam etməkdənsə, 18:49, onları yazaram inşaALLAH . Mən hələ səhifələri yazıb,doldurmalıyam inşaALLAH axı ..... ☺

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.