Cəmiyyət

Yerin varisləri olan üstün insanlar

13 İyul 2017 22:45
2 Şərh     Baxış: 992

"Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur'anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)". ("Ənbiya" 105).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəli, bu ayədən də göründüyü kimi, Allahın mömin bəndələri yerin varisləri hesab olunur. Allahın başqa səma kitablarında da bu cür ayələrə çox rast gəlmək olur. Allah Təala bəzi ayələrində buyurur ki, təvazökarlar yerin varisləridir. Bəzi ayələrində Allaha təvəkkül edənləri varis hesab edir. Lakin bu ayələrdə əsil məqsəd - həqiqi möminlərdir ki, Allaha qəlbən iman bəsləyir və saleh əməllər yerinə yetirirlər.
Allahın saleh və mömin bəndələri o kəslərdir ki, əməl, elm, qüdrət, tədbir və ictimai dərk cəhətdən daha üstün insanlardırlar və bu insanların varis olmağa ləyaqətləri vardır. Çünki özlərində bu xüsusiyyəti icad edə biliblər. Allah da onlara bu yolda yardım etmişdir və onları yer üzündə Öz varisi etmişdir.
Bəzi hədislərimiz bu ayəni İmam Zamanın (ə.f) tərəfdaşlarına aid etmişdilər. Belə ki, İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Bu ayədə yerin varisləri ünvanı ilə adı çəkilən layiqli bəndələr - axəril-zamanda Məhdinin (ə.f) dostlarıdır". (Həvzəh)
Bu mübarək ayədən çıxartdığımız nəticələr:
1. Qalib olmaq Yer kürəsinin layiqlilərinə aiddir və bu, Allahın dəyişməz qanunudur.
2. Salehlərin qələbə çalması abidlərin qəlbləri üçün ümid nurudur.
3. Allahın bəzi qanunları İlahi səma kitablarında təkrar olmuşdur ki, hamı ondan xəbərdar olsun.
4. Əgər siz də yerin varisləri olmaq istəyirsinizsə, əməllərinizə diqqət edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    asi · 13 İyul 22:5433

    Verdiyiniz mövzu ilə seçdiyiniz şəkil bir birinin əksidir..Və şəkil daha uyğundur indiki zamanda yerin varisi namizədlərinə..Indi kim baş kəsə, qan tökə bilirsə, kim güclüdürsə, o da yerin varisidir və sahibidir.Təvazökarlarsa varisin qullarıdır..Axırda birinci bəndi isə ümumiyyətlə silib atın..Hal hazırda bizim son 25 ildəki vəziyyətimizə nəzərən Düşmənimiz qalibliyə laiq ola bilməz..

    Cavab yaz
  • Anonim
    Öz · 14 İyul 01:0503

    Elə zalımların böyü bunlardıkı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.