Cəmiyyət

Sarıkök suyunun 8 mühüm faydası

13 İyul 2017 19:45
0 Şərh     Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Artrit ilə mübarizə aparır: artriti olan şəxslər mütəmadi olaraq sarıkök suyu istehlak edəndə çox yaxşı nəticələr ala bilərlər.

2. Alzheimerin qarşısını almağa yardımçı olur: sarıkökün fəal komponenti olan kurkumin, beyindəki hüceyrələrin sərbəst radikallara görə zərər görməsinə mane olur.
Beləliklə də yaşlılıqla gələn zehni geriləmə və Alzheimerin qarşısını alır.
 
3. Xərçəng riskini azaldır: sarıkökdə olan antioksidantlar, sərbəst radikalların və xərçəngdən qaynaqlanan anormal hüceyrələrin yox edilməsində müsbət təsirə malikdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ümumiyyətlə, bu molekullar, orqanizmdə toksinlərin mənfi təsirlərinə mane olur və xərçəng hüceyrələrinin sürətli artımını dayandırır.
 
4. Qaraciyər sağlamlığını qoruyur: əlavə olaraq bu ədviyyat, qaraciyərin sağlamlığını qorumaq üçün əhəmiyyətli iki ifrazat olan bilirubin və öd arasındakı tarazlığı təmin etməyə yardımçı olur.
 
5. Qanda şəkərin səviyyəsini tənzimləyir: sarıkök suyu, qanda şəkərin mübadiləsini də hərəkətə keçirmək qüvvəsi ilə 2-ci dərəcəli diabet xəstələrinə də fayda verə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.