Cəmiyyət

Sübh namazından sonra yatmaq günahdırmı?

13 İyul 2017 19:15
1 Şərh     Baxış: 1 025

Sübh namazını qıldıqdan sonra Günəş çıxana kimi oyaq qalmaq və müstəhəb namazlar qılıb dualar etmək, Quran oxumaq, Allahın zikrini söyləmək böyük savaba malikdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, müqəddəslərimiz və böyük alimlərimiz sübh namazından sonra Günəş çıxana kimi yatmaz və dünya işləri ilə məşğul olmazdılar, yuxarıdakı əməlləri edərdilər. Hədislərdə buyurulub ki, günün bu vaxtı duaların müstəcab olan vaxtıdır. Eləcə də, bu zaman kəsimində bəndələrin gündəlik ruzisinin bölündüyü rəvayət edilib. İmam Rza (ə) buyurub: "Gün doğandan Günəş çıxana kimi mələklər insan oğlunun ruzisini bölüşdürərlər. Hər kim günün bu vaxtında yatsa, ruzidən məhrum qalar" (Məkarim əl-əxlaq, 2-ci cild, səh. 86). Qeyd edək ki, sübh namazından sonra yatmamaq mütləq hökm deyil, bunu edən günah qazanmır, bəyənilməz iş görmüş olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    soz · 13 İyul 20:14240

    Duzdu.Buyrulan kimi etmek daha xeyirlidir.Amma gerek adam ozunu yaxwi hiss elesin beyni rahat olsun ki,namazdan sonra yatmasin.Mence bacardiqin kimi ibadet etmelisen ozunu neyese mecbur etmemelisen

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.