Cəmiyyət

Bakida avtomobili hansı ustaya həvalə etməli? - VİDEO

9 İyul 2017 20:14
2 Şərh     Baxış: 946

Azərbaycanda peşə təhsili alan avtomobil ustasını tapmaq sözün əsl mənasında müşkülə çevrilib. Maraqlısı isə odur ki, heç sürücülər də ustanın təhsilinin olub -omaması ilə maraqlanmırlar. Baxmayaraq ki, bəzən ustalar onları əlavə xərcə salır. Bu gün əməkdaşlarımız bu mövzunu araşdırıb və peşə təhsili alan ustaların almayanlarla fərqini ortaya çıxarmağa çalışıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əksər avtomobil sahibləri də elə bu sürücülər kimi edir. Yəni avtomobillərini düzəldən şəxslərin peşə diplomlarının olub-olmaması ilə maraqlanmırlar. Bu isə bəzi hallarda onları əlavə maddi ziyana salır.
Çəkiliş zamanı da bir neçə ustanın peşə diplomlarının olmadığı məlum oldu.
Bu sahə üzrə təhsil alan usta Əli Abdullayev isə deyir ki, peşə təhsili almaq çox vacibdir. Çünki aldığı təhsil onun işinə yarayır. Baxmayaraq ki, ona müracət edən sürücülərin əksəriyyəti diplomun olub-olmaması ilə maraqlanmır.
Odur ki, siz də əlavə xərcə düşmək istəmirsinizsə, avtomobilinizi peşə təhsili alan ustalara həvalə etməyiniz daha məsləhətlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobilinizi peşə təhsili almış ustalara həvalə edin, ziyana düşə bilərsiz

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Mubariz · 9 İyul 22:0300

    Peşə təhsili o demək deyilki o şəxsin hər şeydən başı çıxır. Indi o qədər adı məktəbdə olub özü orda burda fəhlə işləyən var ki. Diplom olmaq heçdə mütəxəsis olmaq deyil.

    Cavab yaz
  • Anonim
    BNäzärli · 9 İyul 22:1400

    Täbii.Sänätkara .Yaxşı iş praktikası olan ,äl qabiliyäti olan peşäkar super usdalara.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.