Cəmiyyət

Azərbaycanda 8-9 yerlik avtomobillərin kirayə qiyməti bahalaşib - VİDEO

8 İyul 2017 20:41
0 Şərh     Baxış: 2 542

Azərbaycanda 8-9 yerlik avtomobillərin kirayə qiyməti bahalaşib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu işlə məşğul olanlar bahalaşmanı bölgələrə gedən turistlərin çoxluğu ilə əlaqələndirirlər. Hətta bir günü 500 manata icarəyə verilən avtomobillər də var. Həmçinin maşınların icarə qiyməti istehsal ili, rahatlığı və görünüşünə görə dəyişir.
Uzun illərdir bu işlər məşğul olanlar bu aylarda ən ucuz avtomobillərin qiymətinin günlük 100 manatdan başladığını deyirlər.
Avtomobilləri icarəyə verən şirkətlər, belə avtomobilləri yalnız sürücü ilə birlikdə müştəriyə təqdim edirlər. Sürücüyə görə isə əlavə pul tələb edilmir. Günlük icarə qiymətləri avtomobilin istehsal ili, salonun interyeri və içindəki funksiyalarından asılı olaraq artır. Hətta bir günlük icarəsi 500 manata olan avtomobillər də var.
Belə avtomobillərin qiyməti qış aylarına doğru isə 50-80 manat arasında aşağı düşür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda 8-9 yerlik avtomobillərin kirayə qiyməti bahalaşib

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.