Cəmiyyət

Qızıl külçələrin ölkəyə gizli keçirilməsinin qarşısı alındı - VİDEO

15 İyul 2017 20:02
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrük əməkdaşları külli miqdarda qızıldan hazırlanmış sikkə və külçələrin ölkəyə keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşları - Zakir Rzayev və Qasım Qasımov nəzarətə götürülüb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, adıçəkilən vətəndaşlar gömrük nəzarətindən keçərkən saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Zakir Rzayevin üzərində, ayaqqabısının içərisində 2 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə, şalvarının ciblərində isə 4 ədəd sarı rəngli metaldan hazırlanmış külçə aşkar edilib.
Qasım Qasımovun isə ayaqqabısının bir tayının içərisində 2 ədəd, digərində isə 3 ədəd olmaqla, cəmi 5 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Qızıl külçələrin ölkəyə gizli keçirilməsinin qarşısı alındı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.