Cəmiyyət

Bakıda avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib - VİDEO

15 İyul 2017 20:03
1 Şərh     Baxış: 855

Sərnişin avtobusu qapısı açıq şəkildə hərəkət edir. Avtobus dolu olduğu üçün sərnişinlərdən biri qapıdan sallaşaraq getmək məcburiyyətində qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində çəkilən kadrlar avtobus sürücüsünün məsuliyyətsizliyini göstərir.
Məsələni araşdırmaq üçün biz də həmin əraziyə getdik. Aydın oldu ki, həmin görüntülərdə qaydaları pozan Şüvəlan qəsəbəsindən Binə istiqamətinə hərəkət edən 146 saylı avtobusun sürücüsüdür.
Avtobus sürücülərinin dediklərinə görə, bu cür sərnişin sıxlığı xüsusən günün pik saatlarında qeydə alınır. Onlar iddia edirlər ki, sürücüləri qayda pozmağa elə sərnişinlər məcbur edirlər.
146 saylı avtobusların kalon rəisi Teymur Qasımov isə dedi ki, görüntülər əsasında qaydaları pozan həmin sürücü müəyyən ediləcək və cəzalandırılacaq. O, həmçinin pik saatlarda belə problemlərin yaşanmaması üçün intervalın daha da qısaldılacağını da bildirdi.
Bakı Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, həmin marşrut xəttinin sahibkarı agentliyə dəvət olunacaq və fakt ilə bağlı lazımi tədbir görülşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    gulnara · 16 İyul 08:1800

    ne qeder уazirsinizsa уazin ne оlcu gотuren ne duzeleni var,hansindan sikaуeт edek,daha bezmisik

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.