Cəmiyyət

Günün qoroskopu: maddi vəziyyətinizin yaxşılaşması mümkündür

12 İyul 2017 00:01
77 Şərh     Baxış: 11 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün bir sıra xoşagəlməz özəllikləri var. Əvvəla, bu gün sizin nəzərdə tutduğunuz kimi keçməyəcək, şəraitə tez uyğunlaşmalı və gözlənilmədən yaranan probelmlərin həllini tapmalı olacaqsınız.

Buğa - yeni nəsə öyrənirsiz və özünüzü yaxşı tərəfdən göstərmək imkanı qazanırsınız. Çətin vəziyyətlərdə özünü itirməyən, hər zaman dostlarına kömək etməyə hazır olanlar yeni müttəfiq və hamilər tapacaqlar.

Əkizlər - bir çox halda ailənin artan tələbatı ilə əlaqədar maddi çətinliklər yarana bilər. Hələlik sərt iqtisadiyyata ehtiyac yoxdur. Amma müəyyən vacib olmayan şeyləri almaqdan imtina etmək lazım gələcək.

Xərçəng - çox əlverişli gündür. Bunu ətrafınızdakılar da hiss edəcək və uğurunuzu bölüşmək ümidi ilə yanınızda olmaq istəyəcəklər. Peşə sahəsində uğurlar, maddi vəziyyətinizin yaxşılaşması mümkündür.

Şir -  iş hissiyatınız qüsursuzdur, sərfəli investisiyalar və uğurlu alışlar edir, gələcəkdə dəfələrlə yardım əllərini uzadacaq müttəfiqlər seçirsiniz.  Səyahətə başlamaq üçün pis gün deyil. Ailə münasibətlərini mökmələndirmək, uzaq qohumlarınızı ziyarət etmək üçün münasibdir.

Qız - gün xoş gözlənilməzlikdən daha çox çətinliklər gətirəcək. Həll olunmuş hesab etdiyiniz problem özünü xatırladacaq və onun düşündüyünüzdən daha çətin olduğu üxə çıxacaq. Bundan sonra nə etməyin lazım gəldiyini aydınlaşdırmaq çətindir. Heç kim bu məsələdə tutarlı məsləhət verə bilmir. Yalnız öz intuisiyanıza bel bağlamaq qalır.

Tərəzi - hər şey istənilən qədər sadə və aydın deyil. Düzgün qərarlar qəbul etməkdə çətinlik çəkəcəksiniz. Sizi sevən və dəyərləndirən insaların məsləhətlərinə qulaq asmağınız yaxşıdır. Yeni tanışlıqlar arzuolunan deyil. Çünki çox tələsirsiniz və bəzən layiq olmayan insanlara etibar edirsiniz.

Əqrəb - bəzi problemlər nüfuzlu şəxsin vaxtında müdaxiləsi ilə gözlənilməz dərəcədə tez həll olunacaq. İntuisiya və yumor hissi ailədə yetişən münaqişələrin qarşısını almaqda kömək edə bilər.

Oxatan - əla gündür. Bu gün şən, şövqlü, gülərüzlü olacaqsınız. Ətrafdakılar sizin ritminizə uyğunlaşmağa və mənfi emosiyaları kənarda qoymağa çalışacaqlar. Yaradıcılıq potensialınız yüksək olacaq və ağlınıza qeyri-adi ideyalar gələcək. Odur ki, diqqət mərkəzində olmağa hazırlaşın.

Oğlaq - əməkdaşlığa başlamaq olar. Amma yalnız bir halda ki, potensial müttəfiqinizlə siz eyni ritmdə hərəkət edəsiniz. Tələskən adamla ilbizin ittifaqı bu gün yaxşı heç nə vəd etmir.

Dolça - bu gün sizi gözləyən görüş və tanışlıqların ciddi nəticələri olacaq. Təbii ki, bunu özünüz istəsəniz. Yeni romana hazırsınız? O zaman irəli!

Balıqlar - ailədə qarşılıqlı anlaşmanın yoxluğu sizi məyus edəcək. Yaxınlarınızın yanında özünüzü narahat hiss edəcək, anlayışsızlıq və diqqətin azlığından əziyyət çəkəcəksiniz. Dostlarınız qəflətən planlarını dəyişə bilərlər və bununla barışmalı olacaqsınız.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.