Unudulmaz qəhrəman - fəxrimiz Fəxrəddin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Azərbaycan" qəzetinə istinadən Qusar rayon sakini Həsən Xasiyvin yazısını təqdim edir.
Şəhidlər ölmür, onlar insanların yaddaşında və xalqın qəlbində əbədi yaşayırlar. Azərbaycanın elə bir şəhəri, rayonu, kəndi olmaz ki, dövlət müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid verməsin.
Qusar rayonu da istisna deyil. Bu rayonun da onlarca igidi Vətən naminə vətəndaşlıq borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb. Belələrindən biri Azərbaycanda doğulmasa da, əsli-kökü Qusardan olan Fəxrəddin Musayevdir. O, 30 iyul 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində dünyaya göz açmışdı. 1974-cü ildə orta məktəbi bitirəndən sonra Qorki Politexnik İnstitutunun gəmiçilik fakültəsinə qəbul olunmuşdu. Bir il sonra orduya çağırılmış, hərbi xidmətini əvvəlcə Çexoslovakiyada, sonra Rusiyada keçmişdi. Tərxis olunduqdan sonra Bakıya gəlib Məişət Kondisionerləri Zavodunda işləmişdi. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya məktəbinə daxil olmuş, 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Zabrat-2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdı.
1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə olunması ixtisası üzrə təhsilini davam etdirmək istəyib. Amma erməni təcavüzünün başlanması, Milli Orduya ixtisaslı kadrlar tələb olunduğu dövrdə Fəxrəddin təhsilini yarımçıq qoyaraq yenidən Vətənə dönüb cəbhəyə yollanır. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu istiqamətində düşmənə raket zərbələri endirərkən şəhid oldu. Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Vətənsevərliyi, döyüşlərdə göstərdiyi igidlik layiqincə qiymətləndirilib: Musayev Fəxrəddin Musa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Qusar rayonundakı mərkəzi küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Hər il xatirəsi anılır, Milli Qəhrəmanın həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu gənclər tərəfindən sevə-sevə öyrənilir.
Bəli, şəhidlər ölmür! Bu ay Fəxrəddin Musayevin yubileyidir - 60 yaşı tamam olacaq. Azərbaycan xalqı şəhidini, milli qəhrəmanını yenə anacaq, ad gününü layiqincə qeyd edəcək. Bu münasibətlə yeni "Fəxrimiz Fəxrəddin" xatirə kitabçası da nəşr etdirmişik. Nəşrdə Fəxrəddin Musayev haqqında yığcam məlumat və şəninə yazılmış şeirlər yer alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bill Qeytsdən işçilərinə ETİRAF: keçmiş arvadı onu 20-dən çox xəyanətdə ittiham edib
-
Gül sirkəsi: Faydaları, istifadə sahələri və diqqət edilməli məqamlar
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)





