Cəmiyyət

NZS qəsəbəsində sahibsiz itlər çoxalıb - sakinlər narahatdır - VİDEO

15 İyul 2017 19:57
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda insanların sıx yaşadığı əraziləri sahibsiz itlər basıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, günün günorta çağı belə, avtomobillərin altında, ağacların kölgəsində və ərazidəki yarımtikilinin içində itləri görmək mümkündür.
Söhbət Xətai rayonu, NZS qəsəbəsindən gedir. Yavər Səfərov və İlqar Həbibov küçələrinin sakinləri sahibsiz itlərin əlində aciz qalıblar.
Sakinlər deyirlər ki, ərazidə zibilxananın və yarımtikili ərazinin olması da itlərin artmasına şərait yaradır. İtlər yarımtikilini yuvaya çevirib, zibilxanadan isə qidalanırlar.
Sakinlərin şikayəti ilə bağlı əraziyə nəzarət edən 101 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etdik. İş saatı olmasına baxmayaraq, ərazidə heç kimi tapa bilmədik. Hər bir halda yəqin ki, aidiyyati şəxslər bu problemi görər və həllinə çalışarlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
NZS qəsəbəsində sahibsiz itlər çoxalıb - sakinlər narahatdır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.