Cəmiyyət

Bakıda bu da oldu: Kreditini ödəyə bilməyən şəxsi girov götürdülər - VİDEO

19 İyun 2017 23:27
8 Şərh     Baxış: 3 567

Kreditini ödəyə bilməyən şəxsi girov götürdülər. Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib.

Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. "Bakı Kollektor Agentliyi"nin əməkdaşları da bu gün səhər onu razılığa gəlmək üçün ofisə dəvət ediblər. Milli.Az bildirir ki, Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar.

Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.

Yalnız polis əraziyə gəldikdən sonra agentliyin əməkdaşları borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra Bəhruz Sadiqini buraxıblar.

Məsələ ilə bağlı "Bakı Kollektor Agentliyi"nin də mövqeyini öyrənməyə çalışdıq. Lakin çəkilişə mane olmaqla yanaşı, suallarımıza cavab verməkdən də yayındılar. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirildi ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
BAKIDA BU DA OLDU: Kreditini ödəyə bilməyən şəxsi girov götürdülər

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    DD · 19 İyun 23:4410

    Komik

    Cavab yaz
  • Anonim
    Tenqidçi · 20 İyun 00:0110

    Ay daaaaa....Biabirçiliq...

    Cavab yaz
    • Anonim
      EDIK · 20 İyun 09:4600

      Bu deste emelli basdi reketcilik edirler.menide masinimla beraber ofislerinde zaloq saxladilar.hede qorxu gelirdiler

      Cavab yaz
  • Anonim
    $.$.$. · 20 İyun 00:2720

    yazıq millətimiz gör nə gundədir ey pula görə insanları girov göturmək nə deməkdir? ayıb olsun o bank işcilərinə

    Cavab yaz
  • Anonim
    .... · 20 İyun 01:0210

    Vetendasin kredit borcu olsa belə girov goture bilmezler.bu cinayettdi ve derhal vetendasi girov goturenler cinayet mesuliyyetine celb olunmalidirlar.meseleni basqa yollada hell elemek olardi amma bu ozbasinaliq bagislanmazdir.

    Cavab yaz
  • Anonim
    Kişi · 20 İyun 06:4602

    Agentlik zor eliyib

    Cavab yaz
  • Anonim
    Sebir · 20 İyun 07:3900

    Kredit bed xasseli şiş kimi insanın ömrünü yeyir.çaresiz girişmeli olursan

    Cavab yaz
  • Anonim
    etibar · 20 İyun 10:5700

    "Kollektor agentliyi " nə deməkdir.? Bilən varmı? Bu yəqin əvvəllər mövcud olan,qeyri qnunu fəaliyyət göstərən "razborşiklər"-in qanuni olaraq fəaliyyət formasıdır.Əvvəllər borclarını ala bilməyənlər borclunun üstünə qoluzorlu razborşikləri göndərirdilər 50-50-yə pullarını ala bilirdilər. İndi yəqin bu şikətə müraciət ediləcək.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.