Cəmiyyət

Buna çox güləcəksiniz - Bu oturacaq əyləşmək üçündür, yoxsa uzanmaq?! - VİDEO

19 İyun 2017 23:05
2 Şərh     Baxış: 2 355

Yol kənarına quraşdırılan dayanacağın oturacağı yer ilə bərabərdir. Milli.Az bildirir ki, bu maraqlı və gülməli görüntüləri "Xəzər Xəbər"in Vatsap nömrəsinə izləyicilərdən biri yollayıb.

Problemin səbəbini araşdırmaq üçün biz də həmin dayanacağın quraşdırıldığı əraziyə getdik. Məlum oldu ki, oturacaq uzun müddətdir bu vəziyyətdədir.

Sakinlərin dediklərinə görə, oturacaqların bu vəziyyətə düşməsinə səbəb yolun təmir olunmasıdır. Yəni yol əvvəllər bu qədər hündür olmayıb. Təmir olunduqdan sonra oturacaqlar toprağın altında qalıb.

"Azəryol" Açıq Səhmdar Cəmiyyəti isə dayanacaqların quraşdırılması və ya hansı vəziyyətdə olmasına cavabdehlik daşımadıqlarını bildirərək məsuliyyəti üzərindən atdı. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, dayanacaqlara ümumi cavabdehlik hələ ki agentliyə verilməyib. Agentlik hələlik yollara dayanacaq nişanlarının quraşdırılması ilə məşğuldur. Dayanacaqların ümumi vəziyyətindən Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır. Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Buna çox güləcəksiniz - Bu oturacaq əyləşmək üçündür, yoxsa uzanmaq?!

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Zaxar · 19 İyun 23:0911

    Binə savxoz

    Cavab yaz
  • Anonim
    Niko · 20 İyun 09:3100

    Guya her bir iwimiz duzdu sanki birce bu oturacag duz deyil )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.