Cəmiyyət

Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır - VİDEO

19 İyun 2017 22:22
0 Şərh     Baxış: 565

Orta məktəbin həyətinə arı yeşikləri qoyulub. İlk baxışda bu ciddi problem kimi görünməsə də bəzi valideynlər vəziyyətdən narazıdır.

Bura Daşkəsənin Bayan kəndindidir. Kənd sakini Emin Məmmədov deyir ki, bu haldan narazı olanlar çoxdur. Çünki arı sancması uşaqlar üçün ciddi təhlükə törədə bilər. Şikayətçi həmçinin deyir ki, ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer var.

Şikayətçi bunun direktor tərəfindən edildiyini iddia edir. Ondan bunun səbəbini soruşansa olmayıb.

Milli.Az bildirir ki, məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov isə məsələnin süni şişirdildiyini iddia edir. Onun sözlərinə görə bu addımın atılmasında məqsəd sırf yolda qalan birinə kömək etmək olub.

Məktəbdə yay tətili başladığını deyən direktoru məsələni ciddi problem hesab etməyi lüzumsuz görür. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.