Cəmiyyət

Qırmızı, yaşıl, sarı və ağ... - Azərbaycanda ilk dəfə - VİDEO

18 İyun 2017 21:30
9 Şərh     Baxış: 3 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırmızı, yaşıl, sarı və ağ... Azərbaycanda ilk dəfə olaraq 4 rəngli çörək hazırlanıb.

Milli.Az bildirir ki, Mingəçevirdə yaşayan Zaur Qəniyev yer kökü, çuğundur, kərəviz, un və sudan istifadə etməklə bu ilki reallaşdırıb. Uzun illərdir aşbazlıq edən Zaur Qəniyev, fərqli qidanın maya dəyərinin baha olmasına baxmayaraq dadlı və keyfiyyətli olduğunu deyir. Çəkisi 1 kq. 200 qram olan 4 rəngli çörəyi hazırlamaq ustaya 0,80 qəpiyə başa gəlir.

Hazırlanması adi çörəkdən fərqlənmir.Ayrı-ayrı qablarda çuğundur,yer kökü, kərəviz şirələri ilə yoğrulan xəmir bir qədər gözlədikdən sonra formaya salınaraq sobaya qoyulur. Təxminən 30-dəqiqə sonra 4 rəngli çörək hazır olur.

Mingəçevir sakini hələ ki, maraqlı görnüşə malik çörəyin geniş satışını etməsədə, çalışdığı kafedə müştərilərə təklif edir. Zaur Qəniyev tərkibində faydalı maddələr olan bu çörəyin insanlar tərəfindən maraqla qarşılandığını bildirir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qırmızı, yaşıl, sarı və ağ... Azərbaycanda ilk dəfə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.