Cəmiyyət

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

18 İyun 2017 17:08
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir.

Milli.Az Trend-ə istinadən bildirir ki, artıq Şuranın yeni tərkibinin seçiminə dair elan verilib.

Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri ibtidai təhsilin məzmunu, Azərbaycan dili və ədəbiyyatı, xarici dillər, riyaziyyat, informatika, biologiya, coğrafiya, tarix, fizika, kimya, "Русский язык/Литература"nın tədrisi, təhsil proqramlarının (kurikulumların) fəlsəfəsi, fiziki tərbiyə, həyati bacarıqların formalaşdırılması, məktəblilərin yaş psixologiyası və fiziologiyası, tədris resurslarının dizaynı və bədii tərtibatı kimi ekspertiza sahələri üzrə xidmət göstərəcəklər.

Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun azı 5 illik təcrübəyə malik olmalı və dərslik hazırlığı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərməməlidir. Seçim zamanı dərsliklərin qiymətləndirilməsi sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcək.

Qeyd edək ki, Dərslikləri Qiymətləndirmə Şurası "Dərslikləri qiymətləndirmə meyarları"na əsasən yeni hazırlanan və əsaslı şəkildə yeniləşdirilmiş təkrar nəşr olunan dərslik komplektlərinin ekspertizasını və qiymətləndirilməsini həyata keçirən müstəqil qurumdur.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.