Cəmiyyət

ABŞ səfirinin iqamətgahında iftar süfrəsi

18 İyun 2017 13:16
11 Şərh     Baxış: 1 133

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iftar mərasimində rəsmi şəxslər, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, iftar süfrəsi İslamın birliyini, bu dinin qardaşlığa və sülhə verdiyi önəmi vurğulayır. Səfir deyib ki, Birləşmiş Ştatlarda dünyanın müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır. Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdikləri ənənələrdən, onların hazırladıqları yeməklərdən də başa düşmək olar. Ramazan ayı bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır.

Səfir vurğulayıb ki, Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var. "Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir", - deyə R.Sekuta qeyd edib.

Diplomat deyib ki, müqəddəs Ramazan ayı dinimizdən asılı olmayaraq bizi birləşdirən sülh, şəfqət və halallıq ideyalarının yenidən təsdiqlənməsi üçün bir vaxtdır.

Sonda dualar oxunub və iftar verilib.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Muherrəm · 19 İyun 11:17120

    Ramazan ayının 24-cü gününün duası: "Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".  Tərcüməsi: "İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!" 

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:17120

    Cəbr və ixtiyar. ------------------ Tarixdən məlum olduğu kimi, kəlam bəhsləri hicri tarixi ilə birinci əsrin ortalarından başlanıb. Özüdə, deyəsən kəlam bəhslərinin ən qədimi «cəbr və ixtiyar» məsələsidir. Cəbr və ixtiyar məsələsi ilk növbədə insani, sonra isə ilahi və təbii məsələdir. Mövzu insan, yəni insanın azad və ya məcbur olmasından bəhs etdiyi üçün insani bir məsələ hesab olunur. Amma digər tərəfdən, məsələnin əks nöqtəsi Allah və ya təbiət olduğu üçün, yəni ilahi iradə, qəza-qədər (təqdir) və ya təbiətin icbari amilləri, səbəb -nəticə qanununun insanı azad buraxması və ya məcbur etməsi olduğu üçün ilahi, yaxud təbii məsələdir. Hər halda bu mövzu ümumi olaraq insan müqəddəratı ilə bağlı bir məsələdir.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:18120

    Təfəkkür mərhələlərindən birinə daxil olan, amma bu məsələni irəli sürməyən cəmiyyət tapmaq mümkün olmadığı kimi, az da olsa elmi və fəlsəfi düşüncəyə malik olan, lakin bu məsələ barədə düşünməyən bir insan da tapmaq olmaz. Bir sıra səbəblər nəticəsində, elmi təfəkkür mərhələsinə daxil olmuş islam cəmiyyətinin istər- istəməz irəli sürdüyü ilk məsələ cəbr və ixtiyar məsələsi olub. Bu məsələnin, hicrətin birinci əsrində belə tez irəli sürülməsinin səbəbini başqa şeylərdə axtarmağımıza heç bir zərurət yoxdur. Bu məsələnin islam dünyasında qarşıya çıxması çox təbii bir işidir və əks təqdirdə belə bir sual yaranardı:

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:18120

    «Necə olub ki, həmin cəmiyyətdə bu məsələyə diqqət yetirilməyib.» İslam ümməti özünə məxsus ideoloji əsaslara malik olan bir cəmiyyətdir, müsəlmanların dini kitabı olan Qur’anda cəbr -ixtiyar, ilahi qəza -qədər və əməllərin cəzası ilə bağlı məsələlər gətirilmişdir. Və təbiidir ki, müsəlmanların Qur’an ayələrində dərindən düşünmələri və onun mənalarına diqqət yetirmələri, istər -istəməz cəbr -ixtiyar məsələsinin ortaya çıxması ilə nəticələnməli idi.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:19100

    Salamun aleykum əziz dindar bacı qardaşlar. Əqaid 15-ci dərs.

    Cavab yaz
    • Anonim
      مريم · 19 İyun 12:2250

      Aləykum salam,qardaş.

      Cavab yaz
      • Anonim
        N▪ · 19 İyun 16:0170

        Aleykum salam. ALLAH razı olsun qardaş , yazıb paylaşdığınıza görə.

        Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:20150

    Bismilləhir rahmənir rahim. 15-ci dərs.Təfviz məktəbi. Təfviz məktəbinin mənası budur ki, Allah-təala işlərin seçilməsini və yerinə yetirilməsini tamamilə insana təfviz etmişdir ( ixtiyarında qoymuşdur). Təfviz məktəbinə baxışın səbəbi. Təfviz məktəbi, ifrat məktəbi olan əşairənin müqabilində peyda olub ( meydana gəlib). Amma təəssüf ki, onlar (mötəzilə yəni təfviz) orta yolu tutmaq əvəzinə, təfrit yolunu seçdilər. Onlar cəbr məktəbini cəhənnəmdə görürdülər və deyirdilər: Əgər Allah-təala insanları pis işlərə məcbur etsə, onlara necə əzab verəcək? Allahu-təala bəndələrini ədalətli şəkildə hesab-kitab etməsi üçün gərək onları öz işlərində tam şəkildə azad etsin. Təfviz nəzəriyyəsinə baxış.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:20150

    2.Quran ayələri ilə müxaliflik. Bunlardan əlavə gələcək dərslərdə deyəcəyik ki, Quranın bəzi ayələrinin zahiri görünüşü məcburiyyəti (cəbri) çatdırır kimi görünür: Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı...( Ənfal 17) Və lakin ( öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi ) öz ažğınlığında boşlayır və istədiyini (onun dinini qəbul edəni) hidayət edir.( Nəhl 93) Bu ayələrin görünüşü təfviz əqidəsi ilə uyğun deyil . Ayrıca şiələr buna cavab verə bilər, lakin mötəzilə (təfviz) əsla (bacarmaz).

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 11:20150

    3. Vacibəl-vücudun çoxalması. Aləmin mövcudları iki dəstədirlər: a-Vacibəl-vücud. b-Mümkünəl-vücud. Vacibəl-vücud, vücudu özü üçün zəruri olan mövcuddur və heç bir şəxs də ona vücud vermir. Çünki Özü eynən vücuddur. Amma bəzi mövcudlar var ki, gərək onlara vücud verilsin. Yəni özü-özlüyündə vücudu yoxdur və onlara vücud verilən vaxta qədər mövcud olmazlar. Əqaid terminində bu mövcudlara mümkünəl-vücud deyirlər. Mümkünəl-vücud nə vücud gətirə və nə də aradan apara bilir. Onlar deyirlər: Allah (ın tək işi insanı yaratmaqdır) insanı yaradır və insan özü öz işlərini vücuda gətirir. Biraz diqqət etməklə bu nəzəriyyənin əsas iradını bilmək olar. Mötəzilə əqidəsinə görə Allahın insanı yaratmasından əlavə insan da vacibəl-vücuddur. Çünki insan da öz işini vücuda gətirir. Başqa dil ilə desək aləmdə iki Allah və iki vacibəl-vücud var . Biri Allah biri də insan. Bu eynən şirkdir.

    Cavab yaz
  • Anonim
    Muherrəm · 19 İyun 16:23100

    Sizlərlə bahəm bacım

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.