Cəmiyyət

5 gün iş olmayacaq

18 İyun 2017 12:47
0 Şərh     Baxış: 5 432

Xəbər verdiyimiz kimi, Ramazan bayramı günlərində 5 gün iş olmayacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, tətil günləri artıq gələn həftədən başlayır. Belə ki, bu il Ramazan bayramı və Silahlı Qüvvələri Günü üst-üstə düşdüyünə görə, qeyri-iş günlərinin sayı artacaq. 

Nazirlər Kabinetinin təqviminə əsasən, iki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü olacaq.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.