Cəmiyyət

Qəza törətdi, maşından narkotik çıxdı - VİDEO - FOTO

17 İyun 2017 20:54
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol nəqliyyat hadisəsi törədən sürücünün avtomobilindən narkotik maddə aşkar edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.
Sürücünün özünü şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən Kamran Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.
Xəzər polisi Bakı şəhər sakini Həmid Əliyevi də narkotik alverində şübhəli kimi qismində saxlayıb. Onun əlindəki sellofan torbadan 720 qram qurudulmuş marixuana aşkar edilib. İstintaq zamanı məlum olub ki, Həmid Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.
Qeyd edilən faktlarla bağlı Xəzər rayon polis idarəsində müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Qəza törətdi, maşından narkotik çıxdı

Qəza törədən sürücünün avtomobilindən narkotik çıxdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.