Cəmiyyət

Həvəskar balıqçıların nəzərinə: xüsusi yerlər ayrıla bilər

17 İyun 2017 15:37
2 Şərh     Baxış: 1 666

Nazirlər Kabineti "Akvakulturanın həyata keçirilməsi Qaydası"nı təsdiq edib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, qaydalara əsasən, akvakultura - balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılığın su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir.

Sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından istifadə edilir.

Əhalinin sağlamlığı, istirahəti və ekoloji maarifləndirilməsi məqsədi ilə akvakultura sahəsində rekreasiya xidmətlərinin təqdim edilməsi üçün akvakultura subyektinin mülkiyyətində və ya istifadəsində olan akvakultura su obyektlərində xüsusi yerlər müəyyən edilə bilər. Bu yerlərdə balıq və digər su bioresursları yetişdirilmir, yalnız həvəskar və idman balıq ovu üçün saxlanılır.

Balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələrində dövlət büdcəsinin vəsaiti və su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu hesabına akvakultura təsərrüfatlarında akvakultura obyektlərinin yetişdirilməsi və təbii balıqçılıq su obyektlərinə buraxılması həyata keçirilir. Balıq və digər su bioresurslarının süni artırılması (bərpası) qrant və ianə hesabına da həyata keçirilə bilər.

Təbii su obyektlərinə buraxılmış akvakultura obyektləri təbii populyasiyanın bərpası, balıq və digər su bioresursları ehtiyatlarının artırılması məqsədini nəzərdə tutur. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması və bərpası müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir.

Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq akvakultura subyekti ilə Nazirlik arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Muherrəm · 17 İyun 15:5011

    Sabah biri gün daha havada pulnan olacağ. Bir dəfə nəfəs aldin 1 manat. Hələ bəlkə işıq kimi kartla etdilər. Kartda pulun qurtardisa nəfəs alma öl.

    Cavab yaz
  • Anonim
    Bakılı · 17 İyun 20:1000

    Başlığnan məqalənin heç bir əlaqəsi yoxdi?... Muherrəm, seniynende razıyam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.