Cəmiyyət

Axşam yeməyində badımcan yeyin - 4 FAYDASI

17 İyun 2017 20:55
9 Şərh     Baxış: 3 999

Badımcan bədən sağlamlığı üçün olduqca faydalı bir tərəvəzdir. Üstəlik digər tərəvəzlərdən fərqli olaraq badımcanın kalorisi də azdır. Salatlarınıza, yeməyinizə badımcan əlavə edərək həm də yeməklərinizi dadlandıra bilərsiniz. Sağlamlığımız üçün faydalı olan badımcanın 92%-i sudan ibarət olduğu üçün xüsusilə Ramazan ayında iftar zamanı yeyilməsi məsləhətdir. Badımcan su ehtiyacının böyük qismini qarşılayır.

Milli.Az lent.az-a istinadən badımcanın sağlamlığa faydalarını sıralayır:
 
Qaraciyər detoksu
 
Badımcan qaraciyərin toksinlərdən təmizlənməsi və yenilənməsinə kömək edir.
 
Xolesterol səviyyəsini tənzimləyir
 
Yüksək xolesteroldan əziyyət çəkirsinizsə, badımcanı çox rahatlıqla yeyə bilərsiniz. Həftədə ən az üç dəfə axşam yeməyində yesəniz, yüksək xolesterol getdikcə azalacaq.
 
Uzun müddət tox saxlayır
 
Badımcanın tərkibindəki zəngin liflər sürətli şəkildə arıqlamanıza və eyni zamanda tox qalmanıza kömək edəcək.
 
Ürəyi qoruyur
 
Badımcan ürək üçün tapılmaz bir nemətdir. Tərkibindəki potasium, B6 vitamini ürək sağlamlığı üçün çox mühümdür. Eyni zamanda badımcandakı antioksidantlar qan təzyiqini aşağı salmağa və bədəndəki sərbəst radikallarla mübarizəyə kömək edir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

9 Şərh:

  • Anonim
    · 17 İyun 21:0510

    Xowlayiram amma bezi yerlerde qiymeti ucuzdu.Ekser yerde bahadi.

    Cavab yaz
  • Anonim
    Elxan · 17 İyun 21:1822

    Əvvəla potasium yox,potassium.Sonra da ki,kaliy demək daha düzgündür.

    Cavab yaz
    • Anonim
      Elxana · 17 İyun 21:4352

      Pricina tutursan?,ele ozun basdan ayaga pricinasan!

      Cavab yaz
  • Anonim
    Elxan · 17 İyun 22:2801

    Çünki mən səndən fərqli olaraq geniş biliyə və informasiyaya malik bir insanam.Mənim hansısa bir mövzuya irad bildirməyim mütləq elmi əsaslara söykənir və sənin fikirlərin kimi qeybət səviyyəsində olmur.

    Cavab yaz
    • Anonim
      Elxana · 17 İyun 22:4620

      Alim hec vaxt demir men alimem Eyer deyirse,bilki,cahildi!hem men qeybet etmirem.Uzune deyirem.Kimlerdese,pricica axtarma.Pas atmis elm sahibi!

      Cavab yaz
    • Anonim
      Səma · 18 İyun 03:4400

      Savadlı insanları xoşlayıram . Görünür ki, Azərbaycanda orfoqrafiyaya çox az əməl olunur

      Cavab yaz
  • Anonim
    Elxan · 17 İyun 23:1901

    Hər halda özümü sənin səviyyənə qədər endirməyim düz olmaz,amma sən danış.

    Cavab yaz
    • Anonim
      Elxana · 18 İyun 00:0011

      Seviyen goz qabagindadir!

      Cavab yaz
  • Anonim
    Niko · 18 İyun 00:3020

    Guya milletin yidiyi nediki ? Ele badimcandida ... ucuz oldigu ucun ..... ele yazmisizki guya millet gunde et yimekden bezib indide biraz badimcan yesin cana xeyri olsun ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.