Cəmiyyət

Bakıda reklam löhvəsi vətəndaşın üzərinə aşdı - təzminat tələb edilir - VİDEO

16 İyun 2017 22:43
1 Şərh     Baxış: 5 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək Bakıda reklam löhvəsini aşırıb. Nəticədə bir nəfər ağır xəsarət alıb.

Milli.Az bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Dərnəgül yolunda baş verib. 30 yaşlı Samir Bağırov səki ilə gedərkən qəfil üzərinə reklam löhvəsi aşıb. Şahidlər xəsarət alan gənci 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Samir Bağırovun anası deyir ki, vəziyyəti ağırdır. O, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə ilə bağlı polisə şikayət verən Arzu Bağırova deyir ki, bir gün keçsə də onlarla maraqlanan yoxdur. Ailənin maddi imkanı zəif olduğundan tək övladlarnın xəstəxana xərclərini qarşılaya bilmir. Zərərçəkmişin anası həmin reklam löhvəsini quraşdıran və ya reklam şirkətindən xərcləri qarşılamağı tələb edir.

Löhvənin hansı reklam şirkətinə məxsus olduğu araşdırmaq üçün üz tutduq hadisə baş verən yerə. Ərazidə təhlükəsiz şəhər kameraları quraşdırılıb. Ancaq bu löhvənin hansı şirkətə məxsus olduğunu müəyyənləşdirə bilmədik.

Reklamçılar İttifaqı İctimai birliyinin sədri Hacıəmi Atakişiyev deyir ki, məsələ dəqiqliklə araşdırılmalıdır. Əgər həmin löhvəni ora qoyan şirkətin sığortası varsa, dəymiş ziyan ödənməlidir.

Hacıəmi Atakişiyevin sözlərinə görə, bu cür hadisələr reklam haqqında qanunda nəzərə alınmayıb. Vətəndaş məhkəməyə də müraciət edib, dəymiş ziyanı tələb edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda reklam löhvəsi vətəndaşın üzərinə aşdı - təzminat tələb edilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.