Cəmiyyət

İşlənmiş avtomobillərə maraq artıb - VİDEO

16 İyun 2017 22:12
1 Şərh     Baxış: 2 095

Azərbaycanda işlənmiş avtomobillərə maraq artıb. Satıcılar hər il olduğu kimi, bu il də yay aylarında satışın artdığını bildirirlər.

Milli.Az bildirir ki, buna görə də iyun, iyul, avqust ayları avtomobil satıcıları üçün əlverişli mövsüm hesab edilir.

Xüsusilə də ötürücü sistemi avtomatik olan və kondisionerli avtomobillərə tələb böyükdür. Qiyməti 15 min manatdan aşağı olan avtomobillər daha tez satılır. Həmçinin ili təzə və mühərrik həcmi kiçik olan avtomobillərə də maraq böyükdür.

Satıcılar alıcılıq qabiliyyəti artdığına görə qiymətlərin 15-25%-dək yüksəldiyini ı deyirlər. Alıcılıq qabiliyyətinin artması bahalı avtomobillərin satışının canlanmasına səbəb olub.
Satıcılar bildirir ki, qiymət artımı sezonun sonuna, yəni avqust ayına kimi davam edəcək. Bu aydan sonra isə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İşlənmiş avtomobillərə maraq artıb

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Süpka · 16 İyun 23:3700

    Duzdur bizde almag isdiyirik amms cox bshslasip

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.