Cəmiyyət

DİQQƏT! Telefon mağazaları yeni fırıldaqlığa əl atıb - VİDEO

16 İyun 2017 21:44
3 Şərh     Baxış: 4 045

Bakıda telefon mağazaları yeni fırıldaqlığa əl atıb.

Milli.Az məlumat verir ki, mağazalar kredit problemi olan telefonları başqalarına satırlar. Bunun üstü 3-4 ay sonra açılır. Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur. Belə bir hadisə Oğuz sakini Rəşad Nəbiyevin başına gəlib.

Rəşad Nəbiyev Bakıda metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən bir mağazadan 170 manata telefon alıb. Bir neçə dəqiqə sonra telefonun işləmədiyini aşkarlayıb.

O, telefonu qaytarıb və ona eyni telefonun yenisini təklif ediblər. Rəşad da buna razılaşıb və telefonu götürərək Oguz rayonuna qayıdıb. Lakin bir neçə ay sonra aldığı yeni telefonda da problem yaranıb. O, indi nə telefonu qaytara nə də pulunu ala bilir. Mağazadan onu müxtəlif bəhanələrlə yola salırlar.

Məlum olub ki, telefon satanlar müştərini aldadıb. Onlar kreditdə olan telefonu zəmanət kağızı ilə birlikdə Rəşada satıblar. Kredit ödənmədiyindən telefonun şəbəkəyə qoşulması da əngəllənib.

Mağazanın fırıldaqlığı isə zəmanət kağızına yazdığı iki İMEİ kodu ilə üzə çıxıb. Rəşad Nəbiyev isə çarəsiz qalıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DİQQƏT! Telefon mağazaları yeni fırıldaqlığa əl atıb

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ema · 16 İyun 22:2010

    Bi dənə bu qalmlsdl

    Cavab yaz
  • Anonim
    Adi insan · 17 İyun 05:1700

    Goresen qarwida daha neler gozleyir bizi?

    Cavab yaz
  • Anonim
    telefon_magazasi_vip · 17 İyun 09:0910

    men ozum telefon magazasinda calisiram 15 ildi.ele hami saticida gunahi gorur.magaza musteriden telefonu alir satir o hardan bilsinki satdigi ikinci el telefon kreditdedi.bu ancaq islenmis telefonda ola biler telefonu satan adam malini satir demir ki saticiya kreditdedi.ona gore meslehetim odur ki telefon alan eziz alicilar telefonu alarken esas karobka ile alsinlar yoxdusa magaza voyn ve yaxud cek teleb etsinler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.