Cəmiyyət

Ali təhsillə bağlı yeniliklər olacaq - VİDEO

16 İyun 2017 22:33
0 Şərh     Baxış: 2 295

Bu ildən ali məktəblərdə 1 və ya 2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı yaranan problemləri həll olunacaq. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar həmin borcu hərbi xidmətdən sonra verməyə məcbur olurdular. Bu isə onların ali təhsillilər kimi bir il deyil, adi əsgərlər kimi ilyarım hərbi xidmətdə olmaları demək idi.

Milli.Az bildirir ki, artıq oğlan tələbələr yeni qaydalara əsasən, imtahan sessiyası başa çatandan sonra akademik borclarını ödəyib əsgərliyə gedə biləcəklər. Ancaq akademik borcların sayı 2-dən artıq olmamalıdır.

Nazirlik rəsmisi ölkə təhsilində "tədrisə qismən və ya tam cəlb olunma" kimi yeni anlayışların meydana gəldiyini də deyib. Onun sözlərinə görə, təhsilə qismən cəlbolunma qiyabi təhsil forması deyil.

Digər bir dəyişikliyə görə isə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Bu da tələbələrə universiteti daha tez bitirmək və ikinci ixtisasa yiyələnmək imkanı verəcək.

Nazirlik rəsmisi qeyd edib ki, bütün bu yeniliklər ilə bağlı universitetlərə müvafiq göstərişlər veriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ali təhsillə bağlı yeniliklər olacaq

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.