Cəmiyyət

Bakıda metro çıxışları bazara çevrilib - VİDEO

15 İyun 2017 20:53
2 Şərh     Baxış: 1 520

Son zamanlar küçə ticarətinin artdığı müşahidə olunur. Xüsusilə də metroların çıxışlarının qarşısı demək olar ki, bazara çevrilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  məsələn, metronun Həzi Aslanov stansiyasının çıxışını buna misal göstərmək olar.
Burda meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar.
İnsanlar isə yaranan bu mənzərənin həm yolu keçmək üçün çətinlik yaratdığını, həm də gigiyenik qaydalara uyğun olmadığını deyirlər.
Xüsusilə də mövsümü meyvə və tərəvəzlərin bu il bol olması küçə ticarəti ilə məşğul olanlarının sayını artırıb.
Satıcılar isə bu iradlarla razılaşmır. Onlar bazarlardansa bu yerlərin alıcılara daha çox sərf etdiyini deyir.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən də etiraf edirlər ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların sayı ciddi şəkildə artıb. Qanunla qadağan olan küçə ticarətinə qarşı mütəmadi reydlər aparılır və belə şəxslər 80 manat cərimə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Metroların çıxışı bazara çevrilib - insanların hərəkətinə mane olurlar

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 15 İyun 21:0750

    Orda işləyən insanlar Azerbaycanlı deyillər? Kiminsə pulun oğurlamirlar ki? Öz əziyətlərinən pulluran qazanirlar, bu xəzərdə ancaq mərdimazarliqdan başqa heçnə bilmirlər, iş yox. Hərə bir yolla başin dolandirilar, ALLAH Hər kəsə kömək olsun.

    Cavab yaz
  • Anonim
    bakili · 15 İyun 21:1860

    vallah bir bakili olaraq onlara haqq qazandiriram neylesinler ailelerine bir parça corek aparirlar. Özude bu ticaret dunyanin ekser olkelerinde var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.